BolgeXeber.Com » Ölkə » Universitetdə saxta qruplarla mənimsənilən milyonlar

Universitetdə saxta qruplarla mənimsənilən milyonlar

25-09-2015, 10:58
Oxunub: 3 369 Universitetdə saxta qruplarla mənimsənilən milyonlarMilli Məclisin komitə sədri, YAP Səbail rayon təşkilatının sədri, Dövlət İqtisad Universitetinin keçmiş rektoru, eyni zamanda, YAP-ın siyahısı ilə 29 saylı Səbail Seçki Dairəsindən deputatlığa namizəd Şəmsəddin Hacıyevin korrupsiya fəaliyyətiylə bağlı yeni ittihamlar var

Bolgexeber.com xəbər verir ki, bu barədə “Reytinq”ə Şəmsəddin Hacıyevin keçmiş müşaviri, iqtisad elmləri doktoru, professor Bədirxan Musayev Prezident İlham Əliyevə, H.Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, MSK sədri Məzahir Pənahova, Baş nazir Artur Rasizadəyə, Milli Məclisin sədri Oktay Əsədova, Baş prokuror Zakir Qaralova, Milli təhlükəsizlik naziri Eldar Mahmudova, Prezidentin köməkçisi Əli Həsənova, Baş nazirin müavini Əli Əhmədova və digər rəsmilərə etdiyi sensasiyalı müraciətində geniş söz açıb.

Professor yazır ki, Şəmsəddin Hacıyevun uzun illər müşaviri olduğundan onun Universitetdə yol verdiyi korrupsiya faktlarını dəqiq bilir. Lakin illərdir bu barədə müxtəlif aidiyyatı qurumlara etdiyi sənədli faktlar qulaqardına vurulub:

“Çünki Şəmsəddin Hacıyevin deputat mandatı və milyardları var. Bundan əvvəlki müraciətlərimdə keçmiş rektorun işlədiyi 10 il müddətində bir neçə sahədən ən azı 650-750 milyon dollar pul “qapazladığı” haqda kifayət qədər izah və faktlar təqdim eləmişəm. Çox maraqlı və Azərbaycanın hüquqi dövlət olmasına kölgə salacaq iyrənc olay ondan ibarətdir ki, bütün bunlar araşdırılmayıb. Yalnız br dəfə MTN tərəfindən bu faktlarla bağlı dəvət edilmişəm. Ətraflı izahat və sənədləri təqdim etmişəm. Məhz bu ərəfədə Şəmsəddin Hacıyevi prezident İlham Əliyev rektorluqdan qovdu. O zaman ümid ləndim ki, nəhayət, Azərbaycanın gələcəyini oğurlayan Şəmsəddin Hacıyev və onun korrupsiya şəbəkəsinin təhlükəli üzvləri olan qardaşının qudası, hazırda YAP Səbail Rayon Təşkilatının dəhlizlərinə sığınan Müzəffər Məmmədov, Həsən İsrafilov, keçmiş köməkçisi, universitetdə və YAP-da yeni qarşıdıruma planı hazırlayan Zəfər Bayramov kimilər də sərt cəzalarını alacaqlar. Düzdür, yeni rektor Ədalət Muradov bu yaramaz dəstənin xeyli üzvünü – Müzəffər Məmmədovu, Həsən İsrafilovu, Zəfər Bayramovu vəziflərindən qovdu. Şəmsəddin Hacıyevin rəhbərlik etdiyi kafedranı iki yerə ayırdı, əsas korpusdan çıxardı. O zaman Hacıyev yeni rektorun qəzəbindən qorunmaq üçün həmişə olduğu kimi çirkli pul boxçasını açdı, oğurladığı milyonları rüşvət olaraq paylamağa başladı. Ancaq yeni rektor tərəfindən rüsvayçı aşağılanmasının qarşısını yenə ala bilmədi. Hətta əsas korpusdan rəhbərlik etdiyi kafedranın çıxarılmasından sonra əsas binaya girişi əngəllədi. Eynən mənim başıma açdığı təhqiramiz hadisələr öz başına daha bərbad formada gəldi. Bibarçılıqdan, dəstəsinin qınayıcı baxışlarından qurtulmaq üçün Şəmsəddin Hacıyev ən etibarlı adamlarından olan Həsən İsrafilovun “İndiki nazir Mikayıl Cabbarovun qiymətlərini o vaxt 150 dollara mən yazdırmışam” dediyi nazir Mikayıl Cabbarova minnətçi düşdü. Öz dayaz ağlıyla guya yeni rektora zərbə vurmaq amacıyla nazir Mikayıl Cabbarova məktub yazdı. Xahiş elədi ki, “Mənə Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri kimi əsas korpusda bir otaq ayırın”. Bununla o, yeni rektorun dəstəsinə və özünə qarşı amansız davranışına diqqət çəkmək istədi. Ancaq Ədalət Muradov Hacıyevin taktikasına elə cavab verdi ki, bu, onu lap biabır elədi. Belə ki, rektor sələfinin nazirə məktubunun universitetin Elmi Şurasında müzakirəyə çıxaraq, onun nə qədər cılız olduğunu nümayiş etdirdi və məhz şuranın qərarı ilə ona otaq ayırdığını elan etdi. Ancaq rüsvayçılıq bununla da bitmədi. Ona universitetdə ən bərbad yeri, özü də düz tualetin yanında xidməti otaq ayırdılar. Bu, 10 il universitetə rəhbərlik edən Şəmsəddin Hacıyevə verilən ən layiqli dəyər olmaqla, onu kollektivdə gülüş hədəfinə çevirdi. Nə yazıq ki, milyonlarına və vəzifələrinə rəğmən, univeristetdə dəyərsiz birinə çevrilən birinə Əli Əhmədov YAP-da qapı açdı, onun deputatlığa namizədliyini irəli sürdü. Ötən dəfə dediyim kimi, bu, Şəmsəddin Hacıyevin rektorluğu dövründə qanunu və mənəvi-əxlaqi dəyərləri tapdalamaqla, YAP sədrinin müavini Əli Əhmədovun tələbə oğluna universtetin əməkdaşları üçün tikilən yaşayış binasında 4 otaqlı mənzil bağışlaması ilə əlaqəli idi. Bəli, Əli Əhmədov oğluna illər əvvəl mənzil formasında verilən rüşvətin qarşısında duruş gətirə bilmədi”.

Bədirxan Musayev yazır ki, sabiq rektor Ş.Hacıyev onun haqqında ən gizli bilgilərə sahib olduğundan, cinayət tərkibli əməllərinin ifşasını dayandırmaq üçün onun yanına xeyli minnətçi göndərib:

“Minnətçilərin birinci xahişi o idi ki, “Ş.Hacıyevi yıxıb sürüyürsən, heç olmasa, başını kəsmə”. Onlardan biri olan Həsən İsrafilov isə dedi ki, “Gülər Əhmədovanın deputat kimi həbs olunması bütün dünyada respublika üçün baş ağrısı oldu. Yuxarılar Ş.Hacıyevi həbs edib, ikinci baş ağrısı yaratmaq istəmirlər. Rektor vəzifəsindən azad etmələrinə baxmayaraq, Ş.Hacıyevə vəzifə verəcəklər, hətta deputat da seçdirəcəklər. Əvvəl 3 milyon xərclə deputat olmuşdusa, bu xətadan qurtarmaq üçün indi 6 milyon xərc çəkəcək. Çünki deputat seçilməsə, mütləq həbs olunmalıdır. Həbs olunması heç yuxarıların da mənafeyinə uyğun deyildir. Biz nəzərdə tutduğumuz variantlar alınarsa, sənin üçün (yəni mənimçün – B.Musayev) bütün imkanlar yaradılacaqdır. İşə bərpa olunacaqsan, maddi və mənəvi zərərlərin ödəniləcəkdir və s”.

Bəli, Həsənin bu sözlərinə inandım. Əksinə haqqım da yox idi. Çünki onun müşaviri işlədiyim dönəmlərdə nələrə sahib olduğunu əlimin içi qədər əzbər bilirəm. Ş.Hacıyev təkcə Dərbənd filialına tələbə qəbulundan 145-150 milyon manat, daxili və xarici köçürmələrdən 80-100 milyon manat, digər mənbələrdən 350-400 milyon manat rüşvət almış və təmir-tikinti işlərinin lahiyə dəyərinin 40%-ni mənimsəyibdir. Onun qazancı tək bu sahələrdən deyildi. Sizə bir cədvəl təqdim edirəm. Bu cədvəli bir dəfə Prezidentə də göndərmişəm. Hansı ki, bu cədvəl Şəmsəddin Hacıyev və onun “qara kassası” sayılan Müzəffər Məmmədovla Həsən İsrafilovun dekanlarla birgə “əməyi”nin məhsuldur. Bəli, bu adamlar korrpupsiya və rüşvəti məhz mühasibatlıq sənədləri şəkilində tərtib edərək, bir manatın belə nəzarətdən kənara çıxmasına imkan vermirdilər. Buyurun, Ş.Hacıyevin 2005-2008-ci illərdə fakültələr üzrə semestr imtahan­ların­dan əldə etdiyi illik rüşvətin məbləği:
Universitetdə saxta qruplarla mənimsənilən milyonlar


Cədvəldən gördüyünüz kimi, 460 qrupun hər birindən 4-6 tələbə pulsuz keçirilsə də, qalan 20-25 uşağın hər birindən 1000-2000 min manat rüşvət alınaraq qiymət yazdırmaqla, il ərzində 7 milyon 900 min manat pul çırpışdılıb. Bu cədvəl üzrə yığılan pullar düz 3 il belə davam edib. Yəni Ş.Hacıyevə 2005-2008-ci illərdə fakültələr üzrə yığılan rüşvəti bu cədvəldə göstərilən kimi idarə edib. Əgər hər il yığılan xəracı 3 ilə vursaq, bu təxminəm 24 milyon manat civarında edib. Maraqlıdır ki, ölkəyə daxil olan neft pullarının çəkisi artdiqca, Şəmsəddin Hacıyev də öz “büdcəsi”ni qaldırdı. Belə ki, o, 2008-ə qədər imtahanlardan il ərzində 8 milyon manata yaxın pul qazanırdısa, 2008-2012-ci illərdə bu məbləğ hər il üçün 12 milyon manatdan çox olmuşdur. Baxın, təkcə imtahan oyunu ilə 10 il ərzində Şəmsəddin Hacıyev nələr qazanıb”.

B.Musayev digər sensasion faktlardan danışıb:

“Sizə əsasən Dərbənd filialından, universitetin “Dizayn” fakültəsindən və digər ali təhsil müəssisələrindən “perevod” olunan tələbələrdən ibarət yaradılan qrupların siyahısını təqdim edirəm. 25-50 min manat civarında filiala qəbul edilən, 8-15 minə köçürülən, nə qəbulda, nə də semestr imtahanlarında faktiki iştirak etməyən tələbələrdən təşkil olunmuş qrupların sayı 50-yə yaxın idi. Belə ki, Müzəffər Məmmədovun dekanı olduğu Beynəlxalq İqtisadi Münasibətlər fakültəsi üzrə 17 qrup – 856a, 858a, 860a, 862a, 689a, 670a, 850a, 852a, 854a, 868a, 895a, 666a, 886a, 888a, 890a, 893a, 662a, Maliyyə fakültəsi üzrə 23 qrup – 600a, 602a, 604a, 606a, 608a, 610a, 654a, 656a, 603a, 607a, 612a, 614a, 616a, 618a, 620a, 622a, 639a, 626a, 628a, 630a, 623a, 634a, 633a, Kredit İqtisad fakültəsi üzrə 5 qrup – 656a, 658a, 660a, 652a,654a, İqtisadiyyat fakültəsi üzrə 3 qrup – 16a, 838q, 838a-nın tələbələri 4-5 il ərzində bir dəfə olsun, imtahana daxil olmayıb. Bu qrupların hər birində 20-30 tələbənin olduğunu nəzərə alsaq, Şəmsəddin Hacıyevin ən azı 1200-1500 tələbəni kübeyin şəkilində cəmiyyətə sırımaqla, Azərbaycana, onun xalqına, dövlətinə, gələcəyinə, genfonduna çox böyük zərbə vurduğunu izah etməyə xüsusi ehtiyac qalmır. Ancaq belə bir adama Əli Əhmədov YAP-da etimad göstərib. Yazıqlar olsun!”.
Prezident Ş. Hacıyevi, Ədalət Muradovun isə yuxarıda qeyd edilən rüşvət mexanizmində fəal olan sələfinin əksər kadrlarınl qovduğunu da xatırladan Bədirxan Musayev bu faktların təftişini xahiş edir:

“Qəzetiniz vasitəsiylə müraciət etdiyim dövlətin rəhbər şəxslərindən xahiş edirəm, təqdim etdiyim qruplar üzrə yoxlama aparsınlar. İnanın, 10 faiz həcmində yoxlama aparılsa, Ş.Hacıyevin milyard manatlarla rüşvət alması sübut olunacaqdır. Bu adam o qədər acgöz və pul xəstəsi olub ki, hətta dekanlar vasitəsiylə müəllimlərə “ağ vedamost”a qol çəkdirib, onlara milyonların qarşılığında qəpik-quruş verib. Buna şəxsən özüm də şahid olmuşam. Belə ki, yuxarıda qeyd edilən qrupların bəzilərində mənim də dərs yüküm olub. Ancaq mən Şəmsəddin Hacıyev və onun “qara kassası” olan Müzəffərlə Həsənin israrlarına rəğmən, imtahan keçirilmədən “ağ vedamost”a imza etməkdən imtina etdim. Belə olan zaman Ş.Hacıyev məni imtahan prosesindən uzaqlaşdırıb, plagiat dərslik yazan Yalçın Hacızalova həmin qruplar üzrə “ağ vedamost”a qol çəkdirdi. Bunun əvəzində isə ona cəmi 200 manat “ənam -rüşvət” verdilər. Az sonra isə bu adamı mənə qarşı qaldırıb, ayağımın altını qazdılar. Rüşvətxor Şəmsəddin Hacıyev 40 il rəhbərlik etdiyim kafedranın müdirlüyündən məni tamam əsassız və həyasız şəkildə uzaqlaşdırıb, Yalçını yerimə təyin etdi. Bu adam da yeni vəzifədən necə həyəcanlandısa, dələduzlar tərəfindən “dırka” verilərək, məni mətbuatda təhqir eləmək cəsarətinə sahibləndi. Ancaq bu hərəkətinə görə sərt cəza da aldı. Üstəlik, mənə məktub yazıb, hər şeyi Şəmsəddingilin elədiyini boynuna alaraq, dönə-dönə üzr də istədi”.

Professor tqdim etdiyi digər rəsmi sənəddə isə daha bir korrupsiya faktından söhbət açılır:

“Hacıyev 2009-cu ildə iki fakültədə semestr imtahanlarına nəzarət komissiyasına məni sədr təyin etdi. O, bununla məni ələ almaq, çirkaba batırmaq istədi. Ancaq mən “rüşvətə yox, xahişə olmaz, hədə-qorxuya sinə gərmək” prinsipimə sadiq qalaraq, ləyaqətli şəkildə imtahan prosesinə nəzarət elədim. Nəticədə qruplar üzrə 199 tələbənin mənimsəmə faizinın sıfır olduğu üzə çıxdı. Ş.Hacıyev bu zaman mənə bir neçə təklif elədi. Ancaq onun korrupsiya mexanizmindən rol almaqdan qətiyyətlə imtina elədim. Belə olanda isə, digər əmrlə məni nəzarətdən kənarlaşdıraraq, rüşvətin məbləğini 5 dəfə artırmaqla, bir həftə ərzində mənimsəməni 85-90%-ə çatdırdı. Bunun nəticəsində Ş.Hacıyev bir milyona yaxın pul fırlatdı. Mənim nəzarət etdiyim imtahan prosesindəki nəticənin qruplaşmış varinatını sizə təqdim edirəm:
Universitetdə saxta qruplarla mənimsənilən milyonlar


Bu cədvəl rəsmidir. Ancaq cəmi bir həftə ərzində bu rüsvayçılıq pulun gücü ilə qapadıldı. Yoxlansa, aşkara çıxması isə su içim kimi asandır”.

Hazırda Ş.Hacıyevun universitetdən qazandığı pulların izini itirmək üçün çox böyük çabalar göstərdiyini də sözlərinə əlavə edən B.Musayev deyir ki, sabiq rektor İqtisad Universitetinin yaşayış binasında özəlləşdirdiyi 1-ci mərtəbədəki obyektlərini də satışa çıxarıb: “Hörmətli cənab Prezident! O, bu binadan ən azı 10 milyon manat gəlir əldə edib. Təsadüfi deyil ki, indi təkcə I mərtəbəni 4 milyona satır.

Bunlarla əlaqədar 4 ildir ki, Sizə 200 dəfədən çox, Baş prokurora, Təhsil və Ədliyyə nazirlərinə və digər rəsmilərə Ş.Hacıyevin inkarolunmaz ağır cinayətləri ilə əlaqədar məni qəbul etmək haqda saysız-hesabsız müraciətlərim cavabsız qalıbdır.

Hörmətli cənab Prezident!

Universitetin 80 illik tarix kitabında H. Əliyevin 7-8 yerdə, cənab Prezident Sizin isə 2-3 yerdə şəklinizi çap etdirməsinə baxmayaraq, özünün 147 yerdə şəklinin verən Ş.Hacıyev o qədər acgöz və cılız adamdır ki, mətbəədə çap olunan dərsliklərin hər bir nüsxəasinə 5 manat, kitabxanada qeydiyyata düşmək üçün hər bir tələbədən 2 manat almaqdan belə utanmayıb. Belə birinə YAP-da və Milli Məclisdə etimazd göstərmək olarmı?! Hər şeyi satın alacağını açıq deyən və edən birinə vəzifə vermək olarmı? Axı, kim tminat verə bilər ki, belə adam sabah dövləti yenə zərbə altında qoymayacaq? Yuxarıda dediklərim aysberqin görünən hissələridir. Görünməyən hissələrini məni qəbul etdikdə, yalnız Sizə deyə bilərəm”.

Bədirxan Musayev Ş.Hacıyev və onun yaxın ətrafının ona bir neçə dəfə barışıq məktubu yazdırmaları haqda da maraqlı açıqlamalar verib. Bu və ya digər sensasion iddialar haqda növbəti sayımızda yazımız olacaq.

Qarşı tərəfin mövqeyini də dinləməyə hazırıq.