BolgeXeber.Com » Ölkə » Sərnişinlər Bakı-Sumqayıt avtobuslarından narazılıq edirlər - FOTOLAR
Sərnişinlər Bakı-Sumqayıt avtobuslarından narazılıq edirlər - FOTOLAR
26-09-2015, 11:02
Oxunub: 7 429
“Marşurutlar arasında interval çoxdu. Avtobuslar gec-gec gəldiyi üçün basabas yaranır”
Bunu Qaynar.info-ya Sumqayıt şəhərinin sakinləri deyir. Onlar iddia edirlər ki, Bakı Avtovağzalında bəzən saatlarla marşurut gözləməli olurlar.
Avtovağzala işləyən başqa marşurutların arxasında bir neçə avtobus dayanır. Yəni biri yola düzələn kimi o biri yerinə keçir. Bununla da sərnişinlər növbə gözləmirlər. Hətta işdən arğın-yorğun qayıdanlar bir neçə dəqiqə gözləyirlər və növbəti avtobusla mənzillərinə gedirlər. Ancaq bunu Sumqayıt mikroavtobuslarına şamil etmək olmaz.
Sumqayıta işləyən sürücülər bütün yerlər dolana qədər hərəkət dayanır. Günorta saatlarında bu bəzən bir saat davam edir. Axşam vaxtı isə izdiham yaşandığı üçün gəlməyi ilə getməyi arasında bir dəqiqə zaman qalmır.
Metronun “20 Yanvar” stansiyası yaxınlığında xeyli sayda avtobus Sumqayıta gedir. Burada bəzən qatar şəklində düzülürlər. Yəni bir ünvanda avtobus çox sərnişin az, o birisində isə tam əksinədi.
“Kimə hardan sərf edir, oradan Sumqayıta gedir. Avtovağzalın ticarət mərkəzində işləyənlər, yaxud da rayonlardan gələnlər Sumqayıta burda gedirlər. Bu zaman isə basrıq yaranır. Dəfələrlə şikayət etmşik. Deyirlər ki, düzələcək”, - deyə sərnişinlər etirazlarını bildirirlər.
Adını çəkilməsini istəməyən avtovağzal işçilərindən biri Qaynar.info-ya maraqlı məlumatlar verdi: “Sərnmişinlər daha çox olanda, xüsusən də pik saatlarda “20 Yanvar”dakı marşurutları əlavə xəttə qoşurlar. Bu iki qat qazancdı. Çünki hər avtobusun Avtovağzala daxil olmasına icazə yoxdur. Özləri razılıq verirlər və nəticədə sürücüdən iki qatın alırlar. Çünki “20 Yanvar”da növbəsini gözləyən avtobus bir-iki saata gedəcəkdisə, buraya gəlməklə həm vaxt udur, həm də iki dəfə Bakı-Sumqayıta gedib-gəlir”, - deyə işçi bildirir.
Məsələyə nə avtovağzalın rəhbərliyi, nə də hər hansı bir əməkdaşı münasibət bildirdi.
Bolgexeber.com




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər