"Çakır" necə hüquqşünas oldu?
28-09-2015, 18:01
Oxunub: 4 131
Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovun həyat yolu ilə bağlı saytlarda maraqlı iddialar yayılıb
Bolgexeber.com azerinews.tv -yə istinadən xəbər verir ki, keçmişdə boksla məşğul olan S.Mikayılov icra başçısı olana qədər ancaq biznes fəaliyyəti ilə məşğul olub və birdən-birə icra başçısı təyin edilib.
Mənbənin iddiasına görə, maddi imkanlarını bir qədər də genişləndirdikdən sonra S.Mikayılov 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. "Hər halda əlimizdə olan rəsmi tərcümeyi-halda belə yazılır. Apardığımız araşdırmalar zamanı bəlli olub ki, əslində bu icra başçısı Dərdənddə adı bəlli olmayan bir ali məktəbə pulla daxil olub. 2001-ci ildə həmin ali məktəbdə bir il adı tələbə kimi qeyd edilən S.Mikayılov icra başçısı olduğu dönəmdə «perevod» alaraq BDU-nun hüquq fakultəsinin tələbəsinə çevrilib. 42 yaşında BDU-nun məzunu olan icra başçısı tərcümeyi-halına hətta bir zamanlar elmlər namizədi adı da yazdırmaq istəyib. Lakin onun bu arzusu hələ də gerçəkləşməyib...".
Digər saytlarda da tirajlanan bu iddialarla bağlı qarşı tərəfdən mövqe öyrənmək cəhdimiz alınmadı. S.Mikayılovu da dinləməyə hazırıq.
P.S. Yaxın günlərdə Mikayılovun ətrafına Naxçıvanla bağlı dediyi iddialarla bağlı məlumat verəcəyik.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər