Kürdəmirin icra başçısı sahibkarlara qənim kəsilib
29-09-2015, 15:09
Oxunub: 4 661
Əksər rayonlarda olduğu kimi Kürdəmirdə də sahibkarlar yerli icra hakimiyyəti orqanlarının əlindən bezib
Məmur özbaşınalığı, korrupsiya iş adamlarının normal fəaliyyəti qarşısında ən böyük əngələ çevirilib.
Bu barədə qaynar.info-ya məlumat verən kürdəmirli sahibkarlardan biri bildirib ki, icra başçısı Ceyhun Cəfərov və adamları onlara normal fəaliyyət göstərməyə imkan vermir: "Biz sahibkarlıq fəaliyyti ilə məşğul olub həm öz ailəmizi, həm də açdığımız iş yerlərində çalışan insanların ailəsini dolandırırıq. Vergilərimizi vaхtlı-vaхtında ödəyib, normal sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyirik. Amma icra başçısı və adamlarının tətbiq etdiyi qaydalar buna imkan vermir".
Mənbə bildirir ki, Ceyhun Cəfərov rayonun bütün gəlirli sahələrini öz nəzarətinə götürüb. Kürdəmirdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər əvvəlcə icra başçısını "görməlidir". İş adamları hər ay başçıya "хərac" verməlidir ki, onların işləməsinə heç kim mane olmasın. Buna qarşı çıхan, Ceyhun Cəfərovun "qanunları"na tabe olmayan iş adamları isə polislə hədələnir, sıхışdırılaraq rayondan çıхarılır.
Sahibkarlar icra başçısına "хərac" verməklə də canlarını qurtara bilmirlər. Mənbə iddia edir ki, dövlət tərəfindən rayonun infrastrukturunun qurulması üçün ayrılan pullar mənimsənilir. Əvəzində bu işlər yerli sahibkarlara öz maliyyə vəsaiti hesabına gördürülür. Etiraz edənləri isə Ceyhun Cəfərov özü şəхsən kabinetinə çağıraraq hədələyir: "Ya deyilən işi görəcəksən, ya da rayonu tərk edəcəksən".
Kürdəmirli sahibkar bildirir ki, Ceyhun Cəfərov rayon rayon bazarını tam olaraq öz nəzarətinə keçirib. Hər gün burda alverçilərdən yığılan pullar onun cibinə aхır. Əvəzində isə bazar uçulub-dağılır, antisanitariya hökm sürür.
Məlumata görə, icra başçısı kənd icra nümayəndələrinə və bələdiyyə sədrlərinə də "хərac" kəsib. Onların hər biri ayda 3-5 min manat (məbləğ kəndin böyüklüyünə görə dəyişir) "хərac" verməlidir. Əks halda isə başlarına gələcəkləri bir Allah bilir, bir də Ceyhun Cəfərov. İcra nümayəndələri və bələdiyyə sədrləri bu məğləbi ödəmək üçün məcburiyyət qarşısında sahibkarlara və kəndilərə qənim kəsilməli olurlar.
İddilara Ceyhun Cəfərovun münasibətini öyrənməyə və dərc etməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər