BolgeXeber.Com » Ölkə » Dövlət Dəmir Yolu Liseyində "bazar" iqtisadiyyatı hökm sürür

Dövlət Dəmir Yolu Liseyində "bazar" iqtisadiyyatı hökm sürür

1-10-2015, 14:17
Oxunub: 2 351 Dövlət Dəmir Yolu Liseyində "bazar" iqtisadiyyatı hökm sürürDövlət Dəmir Yolu Liseyinin fəaliyyətindəki neqativ azalmır

TİA.AZ-a verilən məlumata görə, təxminən bir il öncə liseyə Həsən Bayramov direktor təyin edilib.
Həsən Bayramov ciddi qanun pozuntularına imza atıb. Yeni tədris ili başlamamışdan əvvəl Dövlət Dəmir Yolu Liseyinə testdənkənar tələbə qəbulu aparılıb.
Azmedia.info yazıb ki, dövlətin ayırdığı plan yeri ilə liseyə qəbul olan şagirdlərin sayı uyğun gəlmir. Sonuncu qəbul imtahanları başa çatandan dərhal sonra mümkün keçid balını yığa bilməyən şəxslər direktorun yardımı sayəsində bura qəbul ediliblər.
Xatırladaq ki, təhsil ocağında elektrovozun maşinist köməkçisi, teplovozun maşinist köməkçisi, dəmiryol stansiya növbətçisi, sərnişin vaqonlarının bələdçisi, bilet (yük) kassiri, yük və baqaj qəbul-təhvilçisi ixtisasları üzrə təhsil aparılır.
Testdənkənar qəbul edilən uşaqları məhz bu ixtisaslara yerləşdiriblər. Şagirdlərin ümumi sayı 500 nəfərdən çoxdur. Hər il 100-dən çox şagird məzun olur. Liseydə tədris mühiti çox bərbad vəziyyətdədir.
Dövlət Dəmir Yolu Liseyində biliyə qətiyyən qiymət verilmir. Həsən müəllimin gəlişindən sonra heç bir şagirdə güzəşt olunmur. Hamı bir nəfər kimi lisey rəhbərliyinin istədiyini verməlidir.
H.Bayramov direktor keçəndən bəri liseydə nizam-intizamın səviyyəsi daha da aşağı düşüb. Müəllim-şagird münasibətləri normal müstəvidə qurulmayıb. Valideynlər bildirirlər ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov liseydə baş verənləri diqqətdə saxlamalıdır.
Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!