İcra hakimiyyəti ilə təhsil şöbəsi arasında qalmaqal
1-10-2015, 14:25
Oxunub: 1 292
Zərdab Rayon İcra Hakimiyyəti ilə Təhsil şöbəsi arasında qalmaqal yaşanıb
Aznews.az xəbər verir ki, qalmaqala səbəb İcra hakimiyyəti nümayəndələrinin Təhsil şöbəsinin müdiri Baba Babayevdən maliyyə sənədlərini tələb etməsi olub. B.Babayev sənədləri verməkdən imtina edib. Belə olan halda işə İcra hakimiyyətinin ictimai-siyasi məsələlər şöbəsinin müdiri Lalə Nuralıyeva qarışıb və sənədlərin verilməsini tələb edib. B.Babayev isə onların bu sənədləri istəməyə ixtiyarları olmadığını bildirib.
Məsələnin böyüməsi nəticəsində tərəflər bir-birini təhqir edib və telefonda nalayiq ifadələr işlədiblər.
L.Nuralıyevanın zəngindən sonra vəziyyəti pisləşən B.Babayev rayonun hüquq-mühafizə orqanlarından kömək istəyib. Şöbə müdiri onlara “başıma bir iş gəlsə günahkar Lalə xanımdır” - deyə bildirib.
Bundan sonra B.Babayevin vəziyyəti bir az da pisləşib. Hətta çağırılan həkimlərdən biri onun dünyasını dəyişdiyini söyləyib.
Amma az sonra məlum olub ki, onun şəkəri və təzyiqi qalxıb, buna görə huşunu itirib. 2 saatdan sonra ayılan B.Babayevi evinə aparıblar.
Sayt məsələni dəqiqləşdirmək üçün Zərdab Rayon Təhsil Şöbəsinin müdiri Baba Babayevlə əlaqə saxlayıb. O, sözügedən məsələ ilə bağlı danışmaq istəmədiyini bildirib.
Lalə Nuralıyeva isə B.Babayevə başqa məqsədlə zəng etdiyini deyib: “Həmin gün İcra hakimiyyətində iclas təyin edilmişdi. Biz ona həmin iclasda iştirakı ilə bağlı zəng etmişdik. Mənim maliyyə sənədlərini istəmək, ya da yoxlatmaq kimi bir səlahiyyətim yoxdur. Bizdə olan məlumata görə, həmin gün Baba müəllim xəstə olub”.
L.Nuralıyevanın sözlərinə görə, həmin gün İcra hakimiyətində Təhsil Nazirliyinin Zərdab rayonunda apardığı yoxlamanın nəticələrinə həsr olunmuş yığıncaq keçirilib.
Çox Oxunanlar
- 7-04-2021, 11:43 : Səlim Müslümov daha bir vəzifəsini itirdi - Yeni təyinat
Xəbərlər
- 7-04-2021, 11:53 : Cəlilabad meşələrində əkilən qoz bağlarına kimlər göz dikib-ŞİKAYƏT(VİDEO)
Gündəm
- 9-04-2021, 17:03 : Malik Həsənov: Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb
Siyasət
- 7-04-2021, 11:31 : Vətəndaşların 3.2 milyon manatını mənimsəyən xanım direktor HƏBS EDİLDİ
Xəbərlər
- 17-03-2021, 12:24 : Bakı Apelyasiya Məhkəməsindən Ata Abdullayevlə bağlı QƏRAR
Siyasət
- 17-03-2021, 17:53 : Malik Həsənov: Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir
Siyasət
- 4-04-2021, 14:40 : Azərbaycanda rüşvət alan rəis belə həbs olundu - ANBAAN VİDEO
Xəbərlər
- 22-03-2021, 16:22 : Zirəddindən Azərbaycanla bağlı ŞOK PROQNOZLAR - Koronavirus, zəlzələ və... - VİDEO
Xəbərlər
- 17-03-2021, 11:37 : Arzu Rəhimovun Göyçaydakı adamı ittiham olunur - MÜRACİƏT
Gündəm
- 17-03-2021, 11:14 : Marşrut avtobusları 9 gün işləməyəcək? (AÇIQLAMA)
Sosial