Kərə yağı adı ilə palma yağı yeyirik...
1-10-2015, 20:12
Oxunub: 1 264
Palma yağının hansı məhsulun istehsalında istifadə edilməsi gizli saxlanılır
Azərbaycana ötən il 28,5 milyon dollar dəyərində 47,6 min ton palma yağı idxal olunub. Amma bu qədər yağın istehsalatda istifadə edilib-edilmədiyi açıqlanmır
Bunu virtualaz.org saytına açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib.
V.Məhərrəmovun sözlərinə görə, gətirilən palma yağının hansı məhsulun istehsalında istifadə edilməsi gizli saxlanılır: “Bundan əlavə, rəsmi məlumatlarda bu qədər palma yağının gətirildiyi göstərilsə də reallıqda statistika şübhə yaradır. Palma yağı istehlakçılara kərə yağı adı altında satılır. Xarici görünüşünə görə palma yağı kərə yağına çox oxşardır. Bundan başqa, bu yağdan süd, pendir, xama, dondurma və digər süd məhsullarının istehsalında yağlılıq dərəcəsini artırmaq məqsədilə istifadə edirlər”.
Ekspert deyir ki, palma yağının 1 kiloqramının idxal dəyəri təxminən 60 qəpikdir: “Təsəvvür edin ki, palma yağının tərkibinə müxtəlif aromatizatorlar vuraraq kərə yağı kimi satışa çıxarır və dəyərindən 8-10 dəfə baha qiymətə satırlar. Görün nə qədər gəlir əldə edirlər. Belə hallar kifayət qədər geniş yayılıb.
Dövlət Statistika Komitəsinin açıqladığı hesabatda bu yağın Azərbaycana gətirildiyi bildirilir. Ancaq hansı məqsəd üçün istifadə olunduğu sual doğurur”.
Qeyd edək ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da kərə yağının keyfiyyəti ilə bağlı tənqidi açıqlama vermişdi.
Hüquq müdafiəçisi kərə yağı adı altında heyvan bə bitki yağlarının satıldığını bildirmişdi.
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- Dünən, 14:10 : Nazir təyin olunan Rəşad Nəbiyev kimdir? - DOSYE
Gündəm
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 24-01-2021, 10:10 : Anar Cəbrayıllı: " Jurnalistlərin hamısını dama soxmaq lazımdır"-VİDEO
Gündəm
- Dünən, 13:50 : Hikmət Hacıyev Azərbaycanın müharibəni dayandırmaq səbəbini açıqladı – VİDEO
Siyasət
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- Dünən, 12:56 : Prezidentin köməkçisi Qarabağda müharibənin başlamasından danışdı: “Dedik ki, artıq kifayətdir” - VİDEO
Müsahibə-Reportaj
- Dünən, 13:23 : Prezident yeni nazir təyin etdi-FOTO
Gündəm