BolgeXeber.Com » Ölkə » Gəncə teatrında aktyorla direktor pula görə dalaşdı, aktyorun halı pisləşdi — QALMAQAL

Gəncə teatrında aktyorla direktor pula görə dalaşdı, aktyorun halı pisləşdi — QALMAQAL

2-10-2015, 18:27
Oxunub: 4 614 Gəncə teatrında aktyorla direktor pula görə dalaşdı, aktyorun halı pisləşdi — QALMAQALGəncə Dövlət Dram Teatrında direktor Əli Qasımovla aktyor Salamulla İsmayılov arasında dava düşüb

Ölkə.Az-ın əldə etdiyi məlumata görə, davaya səbəb məzuniyyət dövründə "Dəli yığıncağı" tamaşasının məşqlərində iştiraka görə söz verilən pulu ala bilməməsi olub. Belə ki, Azərbaycanda teatr mövsümünün açılışı Gənc Dövlət Dram Teatrında olduğundan rəhbərlik açılışda oynanılacaq "Dəli yığıncağı" tamaşasının məşqlərinə məzuniyyət dövründə start verməyi qərara alıb və aktyorlara əlavə qonarar söz verib. Ancaq mövsümün açılışından yarım aydan artıq vaxt keçsə də, tamaşada iştirak edən 18 aktyorun əksəriyyəti pulunu ala bilməyib.

Əməkdaşımız məsələ ilə bağlı aktyor Salamulla İsmayılovla əlaqə saxlayıb. Aktyor məlumatı təsdiqləyib və bunları deyib:

"Düzdür, pulumu aldım, amma böyük əsəb və söz-söhbət bahasına. Vəziyyətim pis idi, indi bir az yaxşıyam. Bilmirəm, bu direktorlarda nə yekəxanalıqdır? Adi söz deyirsən, əsəbləşirlər. 1978-ci ildən Gəncə Dövlət Dram Teatrında işləyirəm. Deyirəm ki, bu pula ehtiyacım var da. Əvvəlcə dedi ki, harasa pul lazımdır, pulunuz sentyabrda veriləcək. Biz də razılaşdıq. İndi də oktyabr ayıdır. Mənim ehtiyacım var. Yanına girdim. Ümumiyyətlə, kobud insan deyiləm. Artıq-əskik danışmaq da yaşıma yaraşmaz. Dedim ki, niyə məni incidirsən, evdə ailə var, nəvə var, çörək almaq lazımdır. Birdən qayıtdı ki, sən mənimlə belə danışma. Bu söhbətdən sonra söz davamız başladı. Mən səndən öz haqqımı istəyirəm. Çox pis stress keçirdim. Yoldaşlar dedilər qorxduq ki, infarkt keçirərsən. İndi də həmin tamaşada oynayan aktyorların çoxu pulunu almayıb. Düzdür, əlbəyəxa olmadıq, amma söz davamız oldu".

S.İsmayılov direktor barədə düşüncələrini də bölüşüb:

"Ümumiyyətlə, bu adama elə gəlir ki, yaşından peşəsindən asılı olmayaraq hər kəs bununla aşağı tonda danışmalıdır. Amma bu isə istədiyi kimi danışa bilər. Elə tonda danışır ki, adam özündən çıxır. Sən direktorsan deyə, istədiyin tonda danışmalı deyilsən ki. Söhbətdən sonra mühasibatlıqdan qol çəkib pulumu aldım, ancaq aktyorların çoxu almayıb. Əvvəlki illərdə də yarım ayın maaşını almamışıq. İyulun 1-dən məzuniyyətə çıxırıq, sentyabrın 1-də gəlirik və o yarım ayın söhbətini eləmirik. Bu dəfə mövsümün açılışı ilə bağlı dedilər ki, "Dəli yığıncağı"nı məşq edək. Məşq etdik, pulumuzu da belə dava ilə alırıq".

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com