BolgeXeber.Com » Ölkə » Baş həkimə rüşvət verməyən işdən çıxarıldı - Şəmkirdə

Baş həkimə rüşvət verməyən işdən çıxarıldı - Şəmkirdə

10-10-2015, 18:30
Oxunub: 2 802 Baş həkimə rüşvət verməyən işdən çıxarıldı - ŞəmkirdəŞəmkirdə baş həkimin tələb etdiyi rüşvəti verməyən tibb bacısı işdən çıxarılıb

TİA.AZ xəbər verir ki, bu barədə məlumatı rayonun Seyfəli kənd sakini, işdən çıxarılan tibb bacısı Aybəniz Abdullayeva verib. O, aznews.az-a bildirib ki, baş həkim ondan işdən çıxarılmaması müqabilində 5 min manat istəyib: "33 ildir ki, Çinarlı qəsəbəsində (keçmiş Leninkənd) yerləşən xəstəxanada tibb bacısı işləyirəm. 2012-ci ildə kursdan keçdim. 2014-cü ilin dekabr ayında isə Çinarlı Qəsəbə Xəstəxanasının baş həkimi Altay Quliyev məndən tez bir zamanda ona 5 min manat verməyimi tələb etdi. Bildirdi ki, verməsən, səni işdən çıxardacam. 2015-ci ilin may ayında isə mənə dedi ki, 5 mini vermədiyin üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nürəddin Əhmədovun məsləhəti ilə səni işdən azad etdik. Mən dəfələrlə Nürəddin Əhmədovun qəbulunda olmuşam. Sonuncu dəfə o mənə bildirdi ki, növbəti dəfə buraya gəlsən, səni dəlixanaya qoyduracam.
Çinarlı Qəsəbə Xəstəxanasının baş həkimi Altay Quliyev heç kimdən qorxmadığını, onun arxasında Nurəddin Əhmədovun və Bakıdakı tanışlarının olduğunu deyir. Hər dəfəsində istənilən yerə şikayət edə biləcəyimi bildirir. Altay Quliyev 65 yaşı tamam olmuş işçiləri təqaüdə göndərmək əvəzinə hansısa yollarla onları xəstəxanada saxlayır. Mən öz işimə yenidən bərpa olunmaq istəyirəm. Çünki üç övladım var. Həyat yoldaşım da rəhmətə gedib. Heç bir yerdən də gəlir yerim yoxdur".
Məsələyə münasibət bildirən Çinarlı Qəsəbə Xəstəxanasının baş həkimi Altay Quliyev Aybəniz Abdullayevanın dediklərinin yalan olduğunu bildirib. Onun sözlərinə görə, tibb bacısını işdən Şəmkir Rayon Mərkəzi Xəstəxanası çıxarıb.
Bolgexeber.com