"AAAF Park" vətəndaşları bezdirib-FAKTLAR
12-10-2015, 10:45
Oxunub: 4 616
"AAAF Park" Yaşayış Kompleksində işlər ləngiyib. Kompleksdən mənzil alan vətəndaşlar aylardı evlərinə köçə bilmir
AFN.az xəbər verir ki, Xırdalanda tikinti biznesini inhisarında saxlayan "AAAF Park" kreditlə mənzil alan sakinləri get-gələ salıb. Bu ilin iyun ayında təhvil verilməli olan mənzillər 6 aydan sonra təmirə veriləcək. Narazı sakinləri yola gətirmək üçün şirkət hər gün müxtəlif bəhanələr gətirir.
Vətəndaş Adbulla Cabarovun sözlərinə görə, kompleks tikilməkdə olan binaların görüntülərini şirkətin saytında təqdim etmir: “İki il yarımdır ki, mənzil almışam. Müqavilə bağlananda dedilər ki, 18-24 aya bina təhvil veriləcək. Ancaq həmin müddətin tamamından 6 ay ötməsinə baxmayaraq, mənzillər təhvil verilmir. Mənzil alan şəxslərin böyük əksəriyyəti kirayə evlərdə qalır. Amma bizi başa düşən yoxdur. Dəfələrlə şirkətə müraciət etmişik. Hətta bir dəfə mənzildən imtina etmək istədim. Dedilər ki, “almısansa, qurtardı. Müqavilə pozula bilməz. 10 il krediti ödəməlisən”.
Digər bir bəhanə isə təmirli mənzillərlə bağlıdır. Şirkətin daxili krediti hesabına mənzil alan müştərilər iddia edir ki, 18 aya təhvil verilməli olan binalardan artıq 2 ilə yaxındır ki, səs-soraq yoxdur. Buna baxmayaraq, şirkət yeni kampaniyalara başlamaqdan da çəkinmir. Belə ki, Qurban bayramı ərəfəsində "AAAF Park" daha şirnikləndirici kampaniyaya başlayıb. Müştərilərə aylıq 138 manatdan başlayan ödənişlərlə mənzillər təklif olunur. 25 illik ipoteka krediti evsiz vətəndaşlara ikiqat qiymətə başa gəlir. Nağd satış qiyməti kimi mənzilin 1 kv/m-i 650 manata təklif olunur. Lakin 25 illik kreditlə hesablasaq, mənzilin 1 kv/m-i müştəriyə 1400 manata başa gəlir.
Mövzuya yenidən qayıdacağıq.
P.S. Qarşı tərəfin də mövqeyini verməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər