Məscidə qoyulan “Azercell” antenası narazılıq yaradıb
13-10-2015, 17:10
Oxunub: 4 820
“Suraxanı rayonu, Əmircan qəsəbəsindəki məsciddə “Azercell Telekom”un antenası quraşdırılıb. Kənd sakinləri isə bundan narazılıq edir”
Bolgexeber.com bildirir ki,bunu virtualaz.org saytına açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
Hüquq müdafiəçisi bildirib ki, bu məsələni Əmircan qəsəbəsində sakinlərlə görüşdə qaldırıblar: “Sakinlər antenanın məsciddə quraşdırılmasından narazıdır. Amma əmircanlıların problemləri bununla bitmir”.
Əmircan məscidindən də deyilənləri təsdiqlədilər: “Antena günbəzdə deyil, başqa yerdə quraşdırılıb. Amma məscidin ərazisində qoyulub”.
Sakinlərin narazılığına gəldikdə isə adını açıqlamaq istəməyən şəxs axundun məsciddə olmadığını dedi: “Yox, bunu deməklə aranı qızışdırmaq istəyirlər. Sakinlər antenanın quraşdırılmasına etiraz edə bilməzlər. Buna səbəb də yoxdur axı…”
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər