Deputatın dərman qaçaqmalçısı ilə müdhiş işbirliyi - GİZLİNLƏR
14-10-2015, 09:46
Oxunub: 4 320
Cavanşir Feyziyev deputat olacağına arxayınlaşıb
TİA.AZ-ın məlumatına görə, 115 saylı Şəki kənd ikinci Seçki Dairəsindən namizəd olan iş adamı haqda sensasion iddialar yayılıb
AVROMED şirkətinin təsisçisi olan millət vəkilinin adı bir sıra qaranlıq işlərdə hallanır. Azfakt.com məlumat yayıb ki, dərman qaçaqmalçılığında əsas fiqurlardan biri olan Mustafayev Anar Nazim oğlu ilə deputatın əlaəqləri var.
Bir neçə il əvvəl Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat tədbirləri zamanı A.Mustafayev həbs olunmuşdu.
Anar Mustafayev müvafiq dövlət qeydiyyatından keçmədən, lisenziya almadan Azərbaycan, Türkiyə və İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2010-cu ildən 2011-ci ilin may ayının sonunadək külli miqdarda, yəni 53 min manatdan artıq məbləğ dəyərində müfxtəlif adda və sayda dərman preparatlarını qaçaqmalçılıq yolu ilə sərhəddən gömrük nəzarətindən gizli keçirərək, Türkiyə və İrandan Azərbaycana gətirilməsini və Bakı şəhərində satışını təşkil ediblər.
İstintaq-əməliyyat tədbirləri çərçivəsində Anar Mustafayevin idarə etdiyi "Mercedes-Benz" markalı avtomobilə, eləcə də yaşadığı mənzilə keçirilmiş baxış zamanı Türkiyədən və İrandan Azərbaycana qaçaq yolla gətirilmiş 163 adda 53 min manatdan artıq dəyərdə çoxlu sayda dərman preparatları aşkar edilərək götürülüb.
Daha sonra məlum olmuşdu ki, Anar Mustafayev Cavanşir Feyziyevin adamıdır. O həbs olunarkən maşınında olan dərmanları deputatın "Avromed" şirkəti üçün gətirirmiş.
Bu barədə məlumat verən mənbələr bildirib ki, onun qaçaq yolla ölkəyə gətirdiyi dərmanın miqdarı çox olub, amma külli miqdarda pul qarşılığında onun bir qismi rəsmiləşdirilib.
Millət vəkili ilə bağlı məlumatlarda bildirilir ki, o, Qafqazda ən böyük dərman deposuna malikdir. Ölkənin dərman biznesinin təxminən 80-85 faizinə o nəzarət edir. Çindən keyfiyyətsiz dərmanları alıb İran vasitəsilə Azərbaycana gətizdirir, burada isə onu üzərində Almaniyada, Rusiyada istehsal olunduğu yazılan qutulara qoyduraraq baha qiymətə apteklərə paylatdırır.
Bir müddət əvvəl prezident İlham Əliyevin dərman bazarındakı bahalaşma ilə bağlı səsləndirdiyi iradlardan sonra qiymətlərin endirilməsi prosesi başladı. Dərman bazarında qiymətlərin bahalığı bu sahədə monopoliyanın olmasından və bəzi şəxslərin subyektiv maraqlarını önə çəkməsindən xəbər verir. Heç kimə sirr deyil ki, hazırda ölkəmizin dərman bazarının böyük hissəsi Milli Məclisin deputatı Cavanşir Feyziyevə məxsus "Avromed Company" MMC-nin nəzarəti altındadır. İddialara görə, bazarda bahalaşmanı yaradan da məhz deputata məxsus şirkətdir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər