Mingçevir etirazlar şəhərinə çevrilir
21-10-2015, 16:07
Oxunub: 1 082
Ziya Məmmədovun kadrı sərəncam gözləyir
Polisdə baş verən olaydan sonra, qaçqınların etirazları, şəhəri su basmasına edilən narazılıqdan sonra, indi də şəhərin ən iri müəssisəsinin işçiləri aksiyaya hazırlaşır
Mingəçevirdə bir müddət əvvəl Polis Şöbəsində baş vermiş ölüm olayından sonra etirazlar başlamışdı. Hətta qısa müddətdə yüzlərlə insan küçələrə çıxaraq, baş verənlərə etiraz eləmişdi.
Qeyd edək ki, bu olayın ardından şəhərdə durumu sabitləşdirmək mümkün olsa da, problemlərdən dolayı etirazların səngiyəcəyi gözlənilmirdi. Jam.az xəbər verir ki, məlum ölüm olayının ardından daha bir etiraz isə qaçqınlar tərəfindən start götürdü. Dəfələrlər aksiya keçirən məcburi köçkünlər hətta Mingəçevir İcra Hakimiyyətinin binasına hücum belə etmişdilər.
Ara sakitləşdikdən sonra Mingəçevirdə daha bir etirazın əsası qoyuldu. Bu dəfə isə məsələ sırf sosial durum və şəhərin abadlaşdırılmasında yeyinti hallarının varlığı ilə bağlıydı. Yağan güclü yağışdan sonra şəhəri su basması artıq əsəbləri tarıma çəkmişdi. Mingəçevirin icra başçısı Niyazi Bayramov belə düşdüyü durumdan sokdaydı. Çünki icra başçısı küçələrə yığılmış suyun əlindən maşınından düşə bilməməklə yanaşı, hətta otağına belə daxil ola bilmirdi. Vəziyyət o həddə çatmışdı ki, evlərə girən su, küçələrə vurulmuş asfaltı da məhv etməyə başlamışdı.
Amma daha bir narazılığın da baş qaldırdığı müşahidə olunur. Bu dəfə etiraz edənlər isə DRES-in işçiləridir. Bilgilərə görə, bu müəssisədə çalşan yüzlərlə işçi 2 aydır əmək haqqlarını ala bilmir. Məsələ ilə bağlı rəhbərliyə edilən şikayətə isə baxan olmayıb. Məhz bu səbəbdəndir ki, işçilər ala bilmədikləri əmək haqqlarından dolayı etiraza başlamaq fikrinə düşüblər.
Qeyd edək ki, Migəçevirin artıq etirazlar şəhərinə çevrilməsi yuxarı dairələrin heç də xoşuna gəlmir. Niyazi Bayramovun ciddi səhvlərindən dolayı yaranmış vəziyyəti düzəltmək üçün isə heç bir addım atılmır. İddia edilir ki, nəqliyyat naziri Ziya Məmmədovun kadrı olan icra başçısı Niyazi Bayramov heç bir işlə məşğul olmamaqla yanaşı, həm də sərəncamını gözləyir.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 5-02-2021, 18:14 : İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM
Gündəm
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 6-02-2021, 17:07 : Abdin Fərzəliyevdə “VURULDU” – icra başçısı vəzifəsinin yox , CANININ HAYIDADIR
Gündəm
- Dünən, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- Dünən, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər
- 7-02-2021, 10:20 : İmişlidə Qarabağ veteranları və şəhid ailələri icra başçısından nədən şikayətçidir?-VİDEO
Gündəm
- Dünən, 18:16 : "Ali Baş Komandamız sayəsində inanırıq ki, tarixi qayıdışımız əbədi olacaq"
Siyasət