BolgeXeber.Com » Ölkə » Elmar Vəliyevin birinci müavini deşifrə olunur

Elmar Vəliyevin birinci müavini deşifrə olunur

30-10-2015, 16:45
Oxunub: 5 224 Elmar Vəliyevin birinci müavini deşifrə  olunurYAP-ın namizədi ilə bağlı şok iddialar

Məlum olduğu kimi, YAP özünün namizəd siyahısını açıqlayan zamanı bir çoxlarını təəccübləndirəcək namizədlərə də yer verib. Onların arasında Gəncə icra başçısının müavini, YAP-ın yerli təşkilatının sədri Naqif Həmzəyev də var. Bolgexeber.com-a Naqif Həmzəyev haqda ilginc məlumatlar daxil olub.Həmin məlumatda deyilir:
“Naqif Həmzəyevin 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən namizədliyi irəli sürülüb və şansı çox yüksək qiymətləndirilir. Amma sözügedən şəxsin qorxduğu, daha çox kabusuna çevrildiyi məqamlar da az deyil. Naqif Həmzəyevin keçmişində “qaranlıq” yerlər həddindən artıq çoxdur. Onun ADAU-da işləyərkən qovulmasından tutmuş, Elnur Aslanovla yaxın olmasına qədər ciddi amillərdən çəkindiyi və bu barədə ümumiyyətlə, danışmadığı vurğulanır.Deputatlığa namizədin digər bir kabusu isə vaxtıyla işlədiyi bir şirkətlə bağlıdır. Vaxtıyla “Mətanət-A” şirkətində mətbuat xidmətinin rəhbəri və PR meneceri kimi çalışan Naqif Həmzəyev bu barədə tərcümeyi halında bircə cümlə belə qeyd etməyib. İddiaya görə, buna səbəb həmin şirkətin sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevə məxsus olmasıdır.
Belə ki, Naqif Həmzəyev həmin dönəmlərdə Fərhad Əliyevə daha çox yaxın olmaq üçün bir xeyli canfəşanlıq edib. Bundan başqa o dönəmlərdə mətbuatda sabiq nazirin xeyrinə məqalələrin hazırlanması və yerləşdirilməsində də müstəsna xidmətləri olub. Və bu barədə məlumatları gizlətməkdə məqsədi adının yenidən sabiq nazirlə birlikdə hallanmasını istəməməsidir.
Çox maraqlıdır ki, Naqif Həmzəyev Fərhad Əliyevlə yanaşı, Azərbaycan hakimiyyətinə qarşı çıxmış və onu sərt formada tənqid edən digər bir qalmaqallı siyasətçinin də yanında yer alıb.Deputatlığa namizədin yanında olduğu və dəstək verdikləri adamların sırasında "Azərbaycan yolu" Hərəkatının sədri İlqar Qasımovun da adı çəkilir. Daha dorğusu, Naqif Həmzəyev Rusiyanın Azərbaycandakı emissarlarından sayılan bir şəxsə yetərli qədər köməkliklər göstərdiyi məlum olmuşdur.
Son illər ölkədə “Nurçu” adlı dini şəbəkəyə daxil olan insanlarla bağlı tez – tez informasiyalar yayılır. Ötən il ölkənin bir sıra iri ranqlı məmurlarının da adının keçdiyi Nurçu şəbəkəsinin aşkar olunması ilə bağlı məsələ ölkənin əsas gündəm hadisələrinə çevrilmişdi.
Hələ ötən ilin 15 aprel tarixində Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanov MTN-də bu məsələ ilə bağlı 6 saat dindirilib. O vaxt dindirilən şəxslərdən biri də Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini,vaxtı ilə YAP-a söyən,amma indi YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev idi.Bundan sonra bir neçə media qurumu Naqif Həmzəyevin “Nurçu”larla əlaqələri haqqında məlumatlar yaymağa başladı. Maraqlı məqam ondan ibarət idi ki, heç bir rəsmi qurum qəzetlərin bu iddiasını təkzib etmədi. Ancaq bəlli olmayan səbəblərə görə aqressivliklə başlayan araşdırma birdən dayandı.Bir Müddət əvvəl isə ölkədə “Nurçu”ların yenidən güclənmə cəhdlərinin olması gündəmə gəldi. Milli Təhlükəsizlik Nazirliyi də bununla bağlı əməliyyat keçirdi. Ancaq maraqlı nüans ondan ibarətdir ki, o vaxt medianın “Nurçu”larla əlaqəli olduğu iddia edilən Naqif Həmzəyev bu il Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlər siyahısında yer alıb.
Naqif Həmzəyevlə bağlı digər maraqlı nüans ondan ibarətdir ki, o hazırda deputatlığa namizəd olmaqla yanaşı eyni zamanda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavinidir. Qanunvericilik isə icraedici orqanda təmsil olunan şəxslərin qanunverici orqanda təmsil olmasını qadağan edir. Belə problemlərin yarana biləcəyini əvvəlcədən ehtimal olunduğu bir məqamda YAP-ın israrla onun namizədliyi irəli sürməsi N. Həmzəyevin hansısa formada və kimlərsə tərəfindən himayə olunması iddiasına ciddi əsaslar yaradır.
Elnur Aslanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strateji planlaşdırma, elmi potensial və investisiya şöbəsinin müdiri vəzifəsində işləyəndə onun verdiyi məlumatların nəticəsi olaraq bir çox Türkiyə təhsilli və son zamanlar hakimiyyət pillələrində sürətlə addımlayan gənclərlə bağlı araşdırmalar başlanıb.Bunlardan biri də Gəncə Şəhər Icra Hakimiyyəti başçısının 30 yaşlı birinci müavini, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyevdir. O, 2009 – 2011-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində həyata keçirilən “Elektron Universitet” layihəsinə uyğun olaraq Türkiyə Respublikasının Atatürk, Istanbul və Fırat universitetlərində, həmçinin Tubitak Ulakbim təşkilatında “IT meneceri” üzrə ixtisasartırma kursları keçib. 2012-ci il 24 yanvar tarixində Türkiyə Respublikası Fırat Universiteti Sosial Elmlər Institutunun tarix bölməsində doktorantura pilləsinə qəbul olunub. Bundan başqa Eldar Mahmudovun komandası Naqif Həmzəyevin cangüdənliyini ən yüksək səviyyədə təmin etməyə müvəffəq olmuşlar. Elnur Aslanov klanının ardından, Eldar Mahmudov komandasının süqutu Naqif Həmzeyin deputatlıq yoluna çıxması ilə nəticələndi. Əgər o deputat seçilərsə ən azından 5 il toxunulmaz olaraq fəaliyyət göstərmiş olacaqdır.Hörmətli redaksiya, Naqif Həmzəyevlə bağlı biz də hər kəsi şoka salacaq foto var. Fotoda Naqif Həmzəyev hansısa dini terror təşkilatına aid bayrağın qarşısında silahlı formada duraraq sanki “görəvləri” tam olaraq yerinə yetirməyə hazır olduğunu bildirir. Fotonun montaj olmadığını dəqiqləşdirəndən sonra Sizə göndərəcəyik. Eyni zamanda Naqif Həmzəyevin xaricdən gələn “müəmmalı qonaqları” şəxsi avtomobili ilə niyə Hacıkənd istiqamətinə doğru aparması haqqında da məlumat göndərəcəyik.
Digər maraqlı bir məqam isə ondan ibarətdir ki, Elmar Vəliyev onbaşı,yüzbaşı və minbaşı kimi ştatlar təsis edib.Elmar Vəliyevin tapşırığına əsasən seçki günü minbaşi min adam,yüzbaşı yüz adam gətirib Naqif Həmzəyevə, Pərvin Kərimzadəyə və YAP-ın digər namizədlərinə səs verdirməlidir.Bu barədə Gəncədə yerləşən bütün idarə və müəssisələrin rəhbərlərinə ciddi tapşırıq verilib və seçki komissiyalarının sədrləri təlimatlandırılib.Hətta kimin necə və hansı adamları gətirəcəyi barədə siyahılar da JEK-lərdən alınaraq minbaşı və yüzbaşılara təqdim olunub.Elmar Vəliyev isə iclaslarda deyir qanun mənəm,mənim dediyimi Quran ayəsi kimi qəbul etməlisiniz”.
Bolgexeber.com