BolgeXeber.Com » Ölkə » Dövlət Baytarlıq Xidməti sahibkarların dərisini soyur

Dövlət Baytarlıq Xidməti sahibkarların dərisini soyur

4-11-2015, 13:04
Oxunub: 2 840 Dövlət Baytarlıq Xidməti sahibkarların dərisini soyurDövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov prezidentin tapşırıqlarını icra etmir

Xidmət rəisi ölkə başçısının siyasətinə qarşı çıxaraq sahibkarların dərisini soymaqla məşğuldur.
Dövlət Baytarlıq Nəzarəti Xidmətindən material alınması, tikinti işlərinin aparılması və s. bu kimi işlərin yerinə yetirilməsi məqsədi ilə dövlət büdcəsindən ayrılan vəsaitin satıcı təşkilata, şirkətlərə hər köçürməsindən məbləğin 20 faizi “OTKAT”, xidmət rəhbərliyinə qaytarılır.
Dövlət Baytarlıq Xidmətində “rüşvət alınması qorxuludur” deyərək, ölkəyə idxal edilən 100 tonlarla ət, yağ, süd və süd məhsulları, quru süd, balıq və digər heyvandarlıq məhsullarının özlərinin təyin etdikləri “PREYSKURANT QİYMƏTİ” gün-gündən artırılır.
Dövlət Baytarlıq Xidmətinə ölkəyə idxal edilən yüklərə baytarlıq icazəsinin alınması üçün müraciət edən iş adamlarından- məsələn, ölkəyə idxal edilən damazlıq toyuq yumurtasının birinə 1 sent, (ildə 100 minlərlə yumurta idxal olunur) bir günlük cücənin birinə 1 sent, habelə xaricdən iş adamları tərəfindən gətirilən bir baş iri buynuzlu heyvana 25 man, qoyun-keçiyə 12 manat rüşvət alması barədə dəfələrlə yazılar dərc olunub.
Anaxeber.az yazıb ki, prezident İlham Əliyevin sahibkarların işinə müdaxilələrin yolverilməzliyi barədə tapşırıqlarından sonra rüşvət halları bu qurumda daha da geniş vüsət alıb.

İş adamının verdiyi məlumata görə onun min cür zəhmət və maliyyə hesabına tədarük etdiyi dəri xammalının Türkiyəyə ixrac etməsi üçün Prezidentin tapşırığından sonra hər maşına rüşvəti 100 manatdan 150 manata qaldırılıb.

Məlumatda o da bildirilir ki, Xidmətin dövlət qulluqçuları Azər Süleymanov tərəfindən Kənd Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbovun şəxsən yaxından havadarlığı ilə işdən çıxarılır, onlara hər cür böhtanlar atılır.
Mənbə bildirir ki, hətta struktura maliyyə dəstəyi üçün Maliyyə Nazirliyinin aidiyyəti rəhbər işçisinə 2000 manat “ŞİRİNLİK”də verilib.
Azər Süleymanov mövcud qanunları, o cümlədən “Dövlət Qulluğu” haqqında Qanunun müddəalarını pozaraq dövlət qulluğunda olmayan öz yaxın adamı Aydın Hüseynovu Göygöl rayonondan bir başa dövlət qulluğunda inzibati vəzifəyə təyin edib.
Ki, bu da sadaladığımız digər qanunsuzluqlarla bərabər, növbəti ciddi qanun pozuntusudur. A.Süleymanovun qanunsuz əmməlləri bununla bitmir, tükənmir.