Xalçasını yumağa verdi, çürütdülər – “Pak xalı” ilə bağlı şikayət
5-11-2015, 17:42
Oxunub: 6 167
“Pak xalı” şirkəti Bakı şəhər sakini Qareman Xasanovanın xalçasını sıradan çıxarıb
Bolgexeber.com publika.az-a istinadən xəbər verir ki, qadın sentyabrda xalçasını “Pak xalı” xalçayuma şirkətinə təmizlətməyə verib.
Buna görə şirkətə 22 manat pul ödəyib. Lakin bu ödənişə görə ona rəsmi kassa çeki, sənəd verilməyib. Xalça sahibinə bükülü vəziyyətdə verildiyi üçün qadın onu evin bir küncünə qoyub.
Bir neçə gün əvvəl xalçanı otağa sərmək istəyən qadın deyir ki, onu açdıqda çürüdüyünü görüb.
Qaremanın fikrincə, bu, xalçanın pis yuyulmasına sübutdur. Həmin səbəbdən də, xalça çürüyüb. Qadın bildirib ki, bununla bağlı “Pak xalı”ya müraciət etdikdə xalçaların heç də reklam çarxlarında göstərildiyi kimi, maşınlarla yuyulmadığını görüb. Aldadıldığını və ziyana düşdüyünü iddia edən qadın bununla bağlı Azad İstehlakçılar Birliyinə müraciət edib. O, 150 manat ziyana düşdüyünü bildirərək, həmin məbləğin ödənilməsini tələb edib.
“Pak Xalı” xalçayuma şirkətindən Publika.az-a bildirdilər ki, bu problem şirkətlə bağlı deyil: “Xalçalar fabrikdə nəzarət kameraları altında yuyulur. Xalçanın şirkətə hansı vəziyyətdə gətirilməsi, necə yuyulması izlənilir”.
Şirkətdən əlavə etdilər ki, Xasanova Qaremanın üzləşdiyi problem həll edilib. Lakin məsələnin necə həll edilməsi açıqlanmayıb.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Publika.az-a bildirdi ki, şikayətçidən ona bu məsələnin həll edilib-edilməməsi ilə bağlı hələ cavab gəlməyib: “Ümumiyyətlə, son vaxtlar “Pak xalı”dan şikayətlər artıb. Birliyimizə çoxsaylı zənglər gəlir. Təkcə bu il ərzində problemlə bağlı təşkilata 20 telefon zəngi, iki şikayət ərizəsi gəlib”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər