BolgeXeber.Com » Ölkə » Kapital Bankın Şəki filialının müdiri məcburi köçkünü təhqir edib?

Kapital Bankın Şəki filialının müdiri məcburi köçkünü təhqir edib?

9-11-2015, 10:44
Oxunub: 3 276 Kapital Bankın Şəki filialının müdiri məcburi köçkünü təhqir edib?"Sizdən son dərəcə xahiş edirəm ki, Əli Orucov kimi harınlamış məmur tərəfindən ayaqlanmasının qarşısını almaqda köməklik göstərəsiniz"

Laçından məcburi köçkün moderator.az-a müraciət edib. Bolgexeber.com xəbər verir ki, Şəkinin Yeni Çələbixan qəsəbəsində məskunlaşmış Abdullayev Əbdül Nurqələm oğu prezidentdən kömək istəyib.

Müraciətdə deyilir: “02.11.2015-ci il tarixdə sosial kartımın vaxtı bitdiyi üçün kartın veriləcəyi yer olan Şəki şəhərinin "Kapital" bankına yollandım. Kartın verilməsi üçün növbə gözləyən zaman adi və vəzifəsi mənə məlum olmayan bir nəfər zalda mənə yaxınlaşaraq yüksək səslə mənə "sıraya düzül" komandasını verdi. Əlbəttə, insanların gözü qarşısında öz tərbiyəsinə uyğun şəkildə kobudca məni təhqir etməsinə susa bilmədim.

Dərhal həmin şəxsə mənim Yeni Azərbaycan Partiyasının üzvü olduğumu bildirdim və məcburi köçkün düşmüş vətəndaşla düzgün rəftar etməsini tələb etdim.

Yenə də uca səslə qaçqınsan, gəl boynuma min, get torpağını al və sair kimi məni hövsələdən cıxaran sözlər işlətdi. Mənim ona qarşı görəcəyim tədbirlər qanunsuz olduğu üçün susdum və evə qayıtdım.
Sonradan həmin şəxsin kimliyini araşdırdım ki, bu şəxs elə "Kapital Bank"ın Şəki Filialının müdiri Əli Orucovdur.

Hörmətli Prezident!

Ölkə daxilində qaçqın və məcburi köçkünlərə ayırdığınız diqqət və yaratdığınız şəraitiniz və həmçinin məmurlara, aşağı təbəqənin vətəndaşları ilə düzgün davranmalarını dəfələrlə tapşıraraq haqqı və ədaləti bərpa etmisiniz.
Ailə vəziyətim həddindən artıq pis olduğu, yerimdən və yurdumdan didərgin düsdüyüm üçün "Kapital Bank"ın müdiri Əli Orucovun təkrarən məni təhqir etməsi Sizə - Hörmətli Prezidentimizə müraciət etməyə vadar etdi.

Cənab Prezident!

Siyasi kursunuza arxalanaraq Sizdən son dərəcə xahiş edirəm ki, erməni tərəfindən tapdalanmış hüquqlarımı qoruyasınız, ölkə daxilində Əli Orucov kimi harınlamış məmur tərəfindən ayaqlanmasının qarşısını almaqda köməklik göstərəsiniz.