BolgeXeber.Com » Ölkə » Yollarda təhlükəsizlik və Balakişi Əhmədovun MTN-lə «ortaq səhvləri»
Yollarda təhlükəsizlik və Balakişi Əhmədovun MTN-lə «ortaq səhvləri»
13-11-2015, 12:35
Oxunub: 5 518
Milli Təhlükəsizlik Nazirliyində baş verən olaylar ölkənin bütün təhlükəsizlik sisteminə siraət etməyə başlayıb
Və artıq təmizləmə, təftiş işləri uğurla həyata keçirilir. GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən prosses yol polisi sistemində də davam etdiriləcək. Məlumata görə, MTN şefi Eldar Mahmudovun işdən atılmasından sonra başlayan təmizləmə DYP sistemində də baş verən yanlışlar araşdırılır. Eldar Mahmudovun işdən azad edilməsindən sonra Səbail rayon Yol Polisi İdarəsinin rəisi Zaur Cəfərov da işdən çıxarıldı. Z.Cəfərov adətən dövlət başçısının müşayyət edən DYP əməkdaşlarına rəhbərlik edib. Bu zaman mərkəzi rabitə sistemi ilə bağlı olaraq aparılan danışıqlar da təhlükəsizlik baxımından idarə edilib.
Mənbə bildirir ki, məhz dövlət başçısının müşayyət edilməsi zamanı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində qüsurlara, kobud səhvlərə yol verilməsi barədə yazılıb. Məhz bu faktlarda BŞDYP-nin rəisi Nuşirəvan Səfərovun adına çıxılıb. Lakin məlumatda bildirilir ki, bu səhvlər bilərəkdən edilib və əsasən də Səbayel DYP-nin rəisi Zaur Cəfərovun iştirakı ilə baş verib. Daxili işlər naziri cənab Ramil Usubov baş verənlərdən xəbər tutduqda, dərhal reaksiya vermiş və Zaur Cəfərovu cəzalandırıb. Bununla da yollarda mühim dövlət tədbirləri zamanı baş verən kobud səhvlərin qarşısı alınıb.
Lakin yanlışlar bununla da bitməyib. Protokol qaydalarına əsasən Azərbaycanın magistral yollarına nəzarət edən DYP-nin alay komandiri Balakişi Əhmədov da yanlışlara yol verib. Mənbəmiz iddia edir ki, MTN-dəki bəlli qrupla sıx əməkdaşlığı nəticəsində B.Əhmədov əsas rəqibi olan Nuşirəvan Səfərovu hədəfə çıxarmağa və onun yanlışlara «yol verməsinə» səbəb olub.
İddia edilən xəbərə əsasən MTN-dəki ilişgiləri ilə B.Əhmədov dövlət tədbirləri zamanı yol təhlükəsizliyinə cavabdeh olan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmilərini çətin duruma düşürüb. Hazırda bu məqamlarla bağlı olaraq araşdırmaların aparıldığı söylənilir. Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər