BolgeXeber.Com » Ölkə » "Biz Plyus” restoranı “Aztelekom”un direktoruna məxsusdurmu?

"Biz Plyus” restoranı “Aztelekom”un direktoruna məxsusdurmu?

14-11-2015, 11:43
Oxunub: 5 347 "Biz Plyus” restoranı “Aztelekom”un direktoruna məxsusdurmu?Məhəmməd Məmmədov Bakı şəhərində çoxsaylı iaşə-əyləncə obyektlərinin və daşınmaz əmlakın sahibidir

Dünən Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, onun struktur qurumlarının və tabeçilikdə olan müəssisə və əlaqəli şirkətlərin ayrı-ayrı rəhbər vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlandığı və istintaq aparıldığı barədə məlumat yayıb.

Məlumatda nazirliyin strukturuna daxil olan bir sıra müəssisələrin, o cümlədən “Aztelekom” MMC-nin fəaliyyətində mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktlarının müəyyən edildiyi bildirilir. Lakin haqqında həbs qətimkan tədbiri seçilmiş müəssisə rəhbərləri arasında “Aztelekom” MMC-nin direktoru Məhəmməd Məmmədov yoxdur. Halbuki Azərbaycan “rabitə dünyası”nın bu ünlü isminin nəinki işindəki nöqsanlar, hətta genişmiqyaslı gizli biznes fəaliyyəti haqqında ölkə mediasında indiyədək dəfələrlə müxtəlif xəbərlər yayılıb.

Koordinat.az-ın əldə etdiyi məlumata görə, Məhəmməd Məmmədov Bakı şəhərində çoxsaylı iaşə-əyləncə obyektlərinin və daşınmaz əmlakın sahibidir. Milli rabitəmizi pis günə qoyan bu məmur-biznesmenə məxsus olduğu söylənilən “Biz+” restoranı özünün yaraşığı və gözqamaşdırıcı gözəlliyi ilə diqqəti cəlb edir. Bakı şəhəri “Alı Mustafayev, 1 K” ünvanında yerləşən bu çoxpofilli istirahət mərkəzinin dəyərinin 2 milyon manatdan çox olduğu ehtimal edilir. Rabitədən oğurlanan milyonların belə şəxsi biznes obyektlərində “zühur etməsi” də, yəqin ki, istintaq-əməliyyat qrupunun diqqətindən yayınmayacaq. Etibarlı mənbə, birinci və ikinci mərtəbələrində “Biz+” restoranın yerləşdiyi 16 mərtəbəli yeni yaşayış binasının yuxarı mərtəbələrindən birinin də bütövlükdə Məhəmməd Məmmədova məxsus olduğunu bildirib. Həmin mərtəbədəki mənzillərin alınmasına və yüksək səviyyədə təmirinə də milyonların xərcləndiyi şəksizdir.

Mənbəmiz Məhəmməd Məmmədovun özünün də “Biz+”da vaxtaşırı məclislər düzənlədiyini, bu məclislərdə tanınmış dövlət və siyasət adamlarının da iştirak etdiyini bildirib. “Aztelekom”un qüdrətli direktorunun Yasamal Rayon İcra hakimiyyətinin yanında “novostroyka”lardan birinin də alt qatını bu yaxınlarda möhtəşəm restoran-əyləncə mərkəzinə çevirdiyi söylənilir.

Qeyd edək ki, Məhəmməd Əsgər oğlu Məmmədov 1957-ci ildə, mayın 9-da Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin Bulqan kəndində anadan olub. O, 2004-cü ildən “Aztelekom”un baş direktorudur.
"Biz Plyus” restoranı “Aztelekom”un direktoruna məxsusdurmu?
"Biz Plyus” restoranı “Aztelekom”un direktoruna məxsusdurmu?