Süleyman Mikayılovla bağlı yeni iddia: sahibkarları incidir...
16-11-2015, 13:00
Oxunub: 3 097
Qaradağın meri sahibkarlara illərdir divan tutur
Güzdək, Qızıldaş qəsəbələrində və Qızıl Qaya adlanan ərazidə yerləşən 100-dən artıq daş karxanasının elektrik enerjisi kəsilib.
Qaradağda daş karxanası olduğunu bildirən sahibkarın məktubunda yazır: “2012-ci ildən daş karxanaları icra başcısına haqq ödəyir. Lakin bu ilin mart ayında Süleyman Mikayılov özü daş karxanalarını gəzib. Bundan sonra icra başçısına ödəniləcək məbləğ 10000 manatdan 30000 manata qaldırılıb.
Bundan imtina edən sahibkarlara isə süni əngəllər yaradılmağa başlayıb. Sahibkarların böyük hissəsi bu haqqı ödəməyə razı olub. Əslən Goranboy rayonundan olan Akif adlı sahibkar isə öz öz sexini Süleyman Mikayılova verərək bu işdən birdəfəlik imtina edib. Goranboylu sahibkar hər kəsin içərisində özünə məxsus sənədləri icra başçısına təqdim edərək , 30000 manatı ödəyə bilməyəcəyi üçün ərazini icra başçısına hədiyyə etdiyini bildirib.
Bundan sonra icra başçısı və adamları narazı sahibkarları icra hakimiyyətinə dəvət etdi. Lakin biz bu qədər məbləği ödəməyəcəyimizi dedikdə,icra başçısı əsəbləşərək bunu rayonun abadlıq işləri üçün yığıldığını bildirdi.
Əslən Laçından olan Miri adlı sahibkar isə icra başçısının qəbulunda bildirdi ki,təzyiqlər davam etsə o özünü icra hakimiyyətini qarşısında yandıracaq. İcra başçısı Süleyman Mikayılov Laçınlı sahibkarı qəbul otağından qovdurdu. Əsl həngamə də bundan sonra başladı.
Adını unutduğu sahibkar icra başçısının qəbul otağında təhqir edildi və hər kəsin gözləri qarşısında döyüldü. Bizim icra başçısı ilə görüşümüzdən bir neçə gün sonra isə Miri adlı sahibkar narkotik vasitələrin daşınması və istifadəsi adı ilə həbs edildi.Artıq sahibkarların böyük əksəriyyəti məcburi şəkildə icra başçısının istədiyi məbləği ödəyir.”
Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov karxanalar üzərində öz payı olan ciddi fiqurdur. Onun adından bu işləri Qaradağ rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Rasim Əhmədov həyata keçirir. Xəbərə görə, Rasim Əhmədov bir ay ərzində karxanalardan icra başçısının adı altında təxminən 120-150 min manata yaxın pul yığır. Dia.az-ın bildirdiyinə görə, əgər karxanalardan haqqı Rasim Əhmədov yığırsa, torpaq alverinə də rayonun baş memarı Naiq Səmədov baxır.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər