BolgeXeber.Com » Ölkə » “MTN işi“ Yasamal TKQ-nın rəisi Mirbaba Babayevidə da “vuracaq”

“MTN işi“ Yasamal TKQ-nın rəisi Mirbaba Babayevidə da “vuracaq”

20-11-2015, 11:05
Oxunub: 3 311  “MTN işi“ Yasamal TKQ-nın rəisi Mirbaba Babayevidə da “vuracaq”Beytulla Hüseynovla Mirbaba Babayevin “rabitəli” biznesi

Yasamal TKQ-nın rəisi köhnə dostluqdan doğan əməllərin qurbanı ola bilər.Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki (RYTN) araşdırmalar az qala hər gün bir məmurun həbsi ilə müşahidə olunmaqdadır. Dövlət vəsaitini mənimsəmə, rüşvətxorluq, korrupsiya kimi qanunazidd faktlar bu nazirliyi başdan tutmuş yerli strukturlara qədər ağuşuna alıb. Gün keçdikcə məlum olur ki, səlahiyyət sahibləri “rabitə” sözünü özlərinə sərf edən kimi anlayıblar: rabitəli korrupsiya şəbəkəsi yaradıblar.

Məlum olur ki, rabitəli korrupsiyada şəxsi dostluq münasibətləri önəmli amil olub. Qarşılıqlı inam və etibardan doğan belə iş birliyi ilə bağlı xeberinfo.com-a yeni məlumat daxil olub. Məlumatda Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) həbsdə olan baş direktoru Beytulla Hüseynovla Yasamal Telefon Qovşağının rəisi Mirbaba Babayevin birgə fəaliyyətindən bəhs olunur. Öncədən qeyd edim ki, Mirbaba Babayev Beytulla Hüseynova yaxınlığı ilə tanınan üç qovşaq rəislərindən biridir. Yasamal kimi strateji və gəlirli rayonun qovşaq rəisi olmaq hər kəsə nəsib olmur...

Beytulla Hüseynov-Mirbaba Babayev tandeminin fəaliyyətinin geniş sferanı əhatə etməsi ilə bağlı məlumatlar var. Məlumatlarda dostların Dubaydakı şərikli biznes obyektindən və Yasamal TKQ-dakı maliyyə əməliyyatlarından bəhs olunur. Maliyyə əməliyyatı deyərkən söhbət ancaq hansısa mal-materialın alınmasından yox, layihəsi rabitə xəttinə düşən yeni tikilmiş yüksək mərtəbəli binaların (“Novostroyka”) taleyindən gedir.

Bununla bağlı danışan mənbə bina tikən iş adamlarının 30-40 min, bəzən isə 50 min “tərləməli” olduqlarını deyir. Hansı ki, məlum qaydalara uyğun olaraq kabellər baş idarə tərədindən ayrılmış vəsait hesabına köçürülməlidir. (Nəzərə alaq ki, Yasamal paytaxtın ən çox yüksək mərtəbəli bina tikilən rayonudur.) Buna “bir güllə ilə iki dovşan vurmaq” da deyirlər.

Bütün bunlar bir yana, Yasamal qovşağının rəisinin adı daha çox məlum gizli dinləmələrdə hallanır. Bu prosesdə onun aktivliyi ilə bağlı səhih məlumatların olduğu deyilir...

Biz istintaqın gedişini nəzərə alıb, hələlik bu məlumatlarla bağlı geniş yaza bilmirik. Təəssüf ki, Yasamal TKQ-nın rəisi hörmətli Mirbaba Babayevi dinləmək istiqamətindəki cəhdlərimiz də nəticəsiz qaldı. Son hadisələr səbəbindən cənab Babayevin böyük narahatçılıq keçirdiyi və yaxınlarını həbs olunacağına psixoloji olaraq hazırladığı deyilir.

Məlumatlara görə Mirbaba Babayev həbs təhlükəsindən sovuşmaq məqsədi ilə Əli Abbasovu şantaj etməkdən də çəkinmir...

Cənab Babayevin Ordubadın Tivi kəndi ilə əlaqələri ilə də bağlı məlumatlar var...(azfakt.com)