BolgeXeber.Com » Ölkə » Beyləqanda Maaşı 625 manat olan məmur 700 min manatlıq villanı necə tikib? - FOTOLAR

Beyləqanda Maaşı 625 manat olan məmur 700 min manatlıq villanı necə tikib? - FOTOLAR

26-11-2015, 11:22
Oxunub: 3 268 Beyləqanda Maaşı 625 manat olan məmur 700 min manatlıq villanı necə tikib? - FOTOLARBeyləqanda suvarma müdiri necə oliqarxlaşdı?

Beyləqan Suvarma Sistemləri İdarəsi müdiri Ələmşah Məmmədquliyev 23 ildir bu vəzifədə çalışır.Bolgexeber.com xəbər verir ki, oliqarxa çevrilmiş idarə müdirinin malikanələri, biznes obyektləri açıqlanıb.

Savash.org-un yazdığına görə, Beyləqanda ən böyük ticarət obyekti məhz Ələmşah Məmmədquliyevə məxsusdur. İdarə müdiri dövlət büdcəsindən qazandığı yüz min manatlar sayəsində Beyləqanda, Bakıda mülklərə sahibdir.
Ə.Məmmədquliyev əldə etdiyi obyektləri oğlu Bəylər Məmmədquliyevin adına rəsmləşdirib. Bu gün Bəylər Məmmədquliyevin adına olan kiçik müəsissənin fəaliyyəti və əldə etdiyi qazancın 99 faizi atası Ələmşah Məmmədquliyevin hesabınadır. İdarə müdiri oğlunun rəhbərlik etdiyi kiçik müəsissəyə kanalların çəkilməsi, təmizlənməsi və tikinti işləri tenderlərini verir.
Bu tenderlər əsasən Beyləqan Suvarma Sistemləri İdarəsi və Meliorasiya İdarəsi hesabına udulur. Meliorasiya idarəsinin müdiri Nadir Əliyev Ə.Məmmədquliyevin ən yaxın adamıdır.
Çünki Nadir Əliyevi bu vəzifəyə Ə.Məmmədquliyev gətirib. Bu gün Melorasiya idarəsi drenlərin təmizlənməsi işləri üçün bütün müqavilələri Bəylər Məmmədquliyevin şirkəti ilə bağlayır.
Ata Məmmədquliyev oğlunun şirkətinə bir neçə ekskvator, yük avtomobili və digər texnikalar alıb. Alınan texnikaların sayəsində B.Məmmədquliyevin şirkəti melirotaiv işlərlə məşğuldur.
Mənbə qeyd edir ki, Ələmşah Məmmədquliyev dövlət idarəsinin hesabına əldə etdiyi qazanclar sayəsində oğluna dəyəri 50 min manat olan xarici avtomobil, eyni zamanda Bakıda mənzil alıb.
Savash.org-a daxil olan məlumata görə, bir neçə gün öncə idarə rəisi övladına daha bir bahalı maşın hədiyyə edib. Ümumiyyətlə isə Ələmşah Məmmədquliyevin komfort həyatı xoşladığı bildirilir. Belə ki, o və oğlu Bəylər mütəmadi olaraq Türkiyənin kurort mərkəzləri olan Bodrum və Antalyada dincəlməyi xoşlayırlar.

Bundan başqa onun RTS qəsbəsindəki avtomobillərin təmiri və restoran - çayxana tipli obyekti də var. Təkcə bu obyektin tikilməsi üçün idarə müdiri 200 min manatdan çox xərc çəkib. Ancaq ən maraqlı məqam Beyləqan şəhərində Mərkəzi Xəstəxananın yaxınlığında Ələmşah Məmmədquliyevin qiyməti yüz min manatlarla ölçülən dəbədbəli imarət tikməsidir. Məlumatda deyilir ki, Beyləqanda heç bir məmur bu cür bahalı bir ev tikməyib.
Ələmşah Məmmədquliyevin tikdirdiyi imarətin fotolarını təqdim edirik və qarşı tərəfi dinləməyə hazırıq.
Bolgexeber.com
Beyləqanda Maaşı 625 manat olan məmur 700 min manatlıq villanı necə tikib? - FOTOLAR