BolgeXeber.Com » Ölkə » Qəzənfər Ağayev də Eldar Mahmudovun "minivariantı" kimi sahibkarları talayıb... - Astaradan müraciət...
Qəzənfər Ağayev də Eldar Mahmudovun "minivariantı" kimi sahibkarları talayıb... - Astaradan müraciət...
26-11-2015, 13:13
Oxunub: 3 916
"Biz konkret olaraq Astara RİH başçısı Qəzənfər Ağayevin bəhanəli-bəhanəsiz hər ay bizdən pul tələb etməsindən narazıyıq və bunun durdurulmasını xahiş edirik"
Redaksiyamıza Astara rayonundan şikayət məktubu daxil olub. DİA.AZ-a yazan narazı vətəndaşlar bildirirlər ki, Astara rayon icra hakimiyyətinin (RİH) başçısı Qəzənfər Ağayev yerli sahibkarları rəsmən çilədən çıxarıb.
Narazı vətəndaşların yazdıqları müraciətdə deyilir: "Bu gün ölkədə sahibkarların pozulan hüquqlarının bərpası ən aktual məsələdir - desək, yanılmarıq. Həqiqətən də hörmətli prezidentimiz İlham Əliyev cənabları çox sərt addımlar ataraq, hətta dünənə qədər ona ən yaxın hesab olunan məmurları belə bağışlamır. Prezident bu addımları ilə sahibkarların arxasında dayandığını nümayiş etdirir...
Biz də prezidentimizi sevirik və prezidentimizə müraciət edərək bildiririk ki, bu gün Astarada əsas söz sahibi olan icra başçısı Qəzənfər Ağayev də Eldar Mahmudovun "minivariantı" kimi sahibkarları talayıb, talayır və belə davam edərsə, yenə də talayacaq".
Daha sonra sahibkarların adından daxil olan müraciətdə deyilir: "Biz prezidentdən kömək istəyirik. Əgər icra başçılarının sahibkarlar üzərində hökmranlığı durdurulmazsa, ölkədə DÖVLƏTİN SÜTUNU hesab olunan sahibkarlıq - milli burjuaziya tamamən məhv olacaq. Biz konkret olaraq Astara RİH başçısı Qəzənfər Ağayevin bəhanəli-bəhanəsiz hər ay bizdən pul tələb etməsindən narazıyıq və bunun durdurulmasını xahiş edirik"
Qarşı tərəfi də dinləməyə hazırıq...
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə