BolgeXeber.Com » Ölkə » “Neptun”da köhnə mallar satılır – Azyaşlı uşaq zəhərləndi (Fotofakt)
“Neptun”da köhnə mallar satılır – Azyaşlı uşaq zəhərləndi (Fotofakt)
28-11-2015, 12:37
Oxunub: 5 122
Azərbaycanın ən böyük mağazalar şəbəkəsi olan “Neptun” müştərilərinə köhnə mal satır
Bu barədə AzNews.az-a daxil olan şikayətdə bildirilir. Məlumata görə, şəbəkənin Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində yerləşən filialından alış-veriş edən müştərinin aldığı piroq köhnə çıxıb. Nəticədə müştərinin azyaşlı övladı zəhərlənib.
Faktı “Neptun” mağazalar şəbəkəsindən də təsdiqləyiblər. Mağaza ilə əlaqə saxlayan əməkdaşımıza bildirilib ki, baş vermiş hadisədən sonra mağazada həmin şirkətə icarəyə verilən şirniyyat bölməsi bağlanılıb: “Hadisədən sonra dərhal həmin şirkətlə əlaqə saxladıq. Artıq həmin şirkətin mağazamızla heç bir əlaqəsi yoxdur. Mağaza daxilində onlara icarəyə verilən bölməni də artıq bağlamışıq”.
Mağazadan verilən məlumata görə, həmin piroq “Azun” şirniyyat evinin məhsuludur.
Bolgexeber.com

Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 25-06-2025, 21:57 : Tərtərdə 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə N saylı hərbi hissədə tədbir keçirilib
Bölgə / Xəbərlər
- 5-07-2025, 17:59 : İstanbulda zəlzələ oldu
Dünya / Xəbərlər
- 23-06-2025, 12:56 : “Konstitusiya və Suverenlik ili - 2025”: Tərtərdə 23 İyun Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib
Bölgə / Xəbərlər
- 24-06-2025, 15:21 : Aktrisa Pərvinə ağır zərbə
Şou-Biznes / Xəbərlər
- 19-06-2025, 14:51 : Azərbaycanda ən çox hansı müğənnilər qazanır?
Şou-Biznes / Xəbərlər
- 23-06-2025, 17:59 : Məşhur futbolçu karyerasını bitirdi
İdman / Xəbərlər
- 20-06-2025, 15:34 : Məşhur aktyor həyatını itirdi
Şou-Biznes / Xəbərlər
- 25-06-2025, 10:49 : "Qarabağ"ın futbolçuları Şuşada
İdman / Xəbərlər