BolgeXeber.Com » Ölkə » Lənkəran ağsaqqalları Nardaran hadisələrilə bağlı müraciət yayıblar

Lənkəran ağsaqqalları Nardaran hadisələrilə bağlı müraciət yayıblar

30-11-2015, 12:29
Oxunub: 3 189 Lənkəran ağsaqqalları Nardaran hadisələrilə bağlı müraciət yayıblar"Fəxr edirik ki, dövlətçiliyimizin, müstəqilliyimizin qorunması və Vətən torpaqlarının müdafiəsi uğrunda müqəddəs mübarizələrdə lənkəranlılar da çoxlu şəhidlər veriblər"

Bolgexeber.com xəbər verir ki, Lənkəran ictimaiyyətinin nümayəndələri Bakının Nardaran qəsəbəsində baş vermiş hadisələrlə bağlı müraciət yayıblar. məlumata görə, müraciətdə deyilir:

“Əziz həmvətənlərimiz!

26 noyabr 2015-ci il tarixdə Bakının Nardaran qəsəbəsində bir qrup radikal mövqeli dindarın qanunsuz əməlləri nəticəsində baş verniş xoşagəlməz hadisələr bütün ölkə ictimaiyyəti kimi Lənkərəran sakinlərini də ciddi şəkildə narahat etmişdir. Xüsusilə, bu hadisələrin təşkilatçıları olan radikal ünsürlərin arasında iki nəfər Lənkəran sakinin adının çəkilməsi bizi həddsiz hiddətləndirmişdir.

Ümummilli Liderimiz Heydər Əliyevin müdrik düşüncəsi ilə möhkəm əsaslar üzərində bərqərar olunmuş, saysız-hesabsız qəsdlərdən, məkrli təxribatlardan qorunaraq tərəqqi yoluna çıxmış müstəqil dövlətimizə qarşı hər hansı xəyanəti qəti şəkildə pisləyirik və bunu təşkil edənlərin ciddi şəkildə cəzalandırılmalarını tələb edirik.

Lənkəran tarixən Azərbaycanın ayrılmaz hissəsi, cənub bölgəsində alınmaz qalası olmuşdur. Sağlam düşüncəli insanların, ağıllı ziyalıların, tarixi şəxsiyyətlərin, elm, təhsil, mədəniyyət xadimlərinin, sayılıb-seçilən ağsaqqalların yurdu olan Lənkəranda azərbaycançılıq məfkürəsi, milli dövlətçiliyə, Ümummilli Liderimizin siyasi kursuna sədaqət hissi el-oba istəyindən, ailə tərbiyəsindən, adət-ənənələrdən, milli-mənəvi dəyərlərdən güc alır. Vətən tarixinin ən parlaq səhifələrində adları şərəflə çəkilən qəhrəmanlarımızın çərgəsində Lənkəranın şöhrətli övladlarının adlarının olması bizim üçün çox qürurvericidir.

Fəxr edirik ki, dövlətçiliyimizin, müstəqilliyimizin qorunması və Vətən torpaqlarının müdafiəsi uğrunda müqəddəs mübarizələrdə lənkəranlılar da çoxlu şəhidlər veriblər.

Vətən naminə canını qurban vermiş şəhid övladlarımızın rəşadətinə, qəhrəmanlığına din pərdəsi altında dövlətimizə qarşı təxribatlar törətməyə çalışan qüvvələrin təsiri altına düşmüş bir-iki nəfər məsləksizin bəd əməli gölgə sala bilməz. Onların düşüncəsiz, nalayiq hərəkətləri Lənkəranda heç vaxtı qeyri-sabitlik törədə bilməz, xalqın dinc həyatını, əminamanlığını və həmrəyliyini poza bilməz.

Nardaran hadisələri zamanı təxribatçı qüvvələrə qarşı mübarizədə daha bir lənkəranlı gəncin- polis serjantı Tağıyev İsmayıl Rəsul oğlunun qəhrəmancasına həlak olması bir daha sübut etdi ki, Vətənini, dövlətini ürəkdən sevən lənkəranlılar lazım gələrsə şəhid olarlar, amma düşmənə aman verməzlər.

Ulu Öndərimizin atalıq qayğısı ilə vaxtında yaraşıqlı diyara çevrilmiş Lənkəran bu gün cənab Prezident İlham Əliyevin davamlı diqqəti və qayğısı ilə sosial-idtisadi və mədəni inkişafının ən gözəl dövrünü yaşayır. Rayonda insanların çoxillik arzularını gerçəkləşdirən sosial layihələrin ardıcıl olaraq həyata keçirilməsi hesabına həyat şəraiti durmadan yaxşılaşır, insanlarda daha firəvan gələcəyə böyük inam yaranır.

Bu gün hər bir lənkəranlı Vətənimiz Azərbaycanın dünyadakı qabaqcıl mövqeyindən qürur duyur. Xalqımızla birlikdə lənkəranlılar da cənab Prezident İlham Əliyevin milli maraqlarımıza xidmət edən uğurlu daxili və xarici siyasətini ürəkdən dəstəkləyir və bu siyasətin qələbəsi uğrunda mübarizədə daim öndə olmaqdan şərəf duyurlar.

Biz cənab Prezidentimizi və bütün Azərbaycan xalqını qəti şəkildə əmin edirik ki, lənkəranlılar bundan sonra da cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmlənməsinə, milli tərəqqimizin daha da sürətlənməsinə xidmət edəcəklər.

Lənkəran ictimaiyyəti adından:

1. Mirhaşım Talışlı –ağsaqqal, alim, şair
2. Kələntərli Kamal –Rayon Ağsaqqallar Şurasının sədri
3. Məmmədov Sərhad-ağsaqqal
4. Əliyev Ələkbər-ağsaqqal, Milli Qəhrəman atası
5. Məhərrəmov Barat-ağsaqqal
6. Dövlətov Şahrza-ağsaqqal-ziyalı
7. Nəhmətov Ayaz-ağsaqqal-ziyalı
8. Quliyev Fərman- ağsaqqal-ziyalı
9. Ağayev Mansur- ağsaqqal-ziyalı
10. İbrahimov Aslan-ziyalı
11. Xalıqov Akif- ziyalı
12. Quliyev Ramazan-ağsaqqal-ziyalı
13. Süleymanlı Siyavuş-ziyalı
14. İltifat Saleh- ağsaqqal
15. Qəni Axundzadə-din xadimi”.