Eldar Mahmudovun “cənab” hobbisi - İLGİNC
1-12-2015, 17:09
Oxunub: 4 000
Bu günlərdə “MTN işi” ilə bağlı Moderator.az-a maraqlı informasiya daxil olub
Məlumata görə, sabiq MTN rəhbəri Eldar Mahmudov nazir olaraq ona xitabən yazılan ərzilərdə “cənab” ifadəsinin yer alıb-almamasına xüsusi diqqət yetirib, bununla bağlı qeyri-qanuni tələb irəli sürüb:
“E.Mahmudov tabeçiliyindəki şəxslər qarşısında bir sıra qanunsuz tələblər qoymuşdu ki, bu tələblərdən biri də istənilən məsələ ilə bağlı MTN rəhbəri kimi ona ünvanlanan müraciətlərdə “cənab” ifadəsinin yer almasının vacibliyi ilə bağlı idi. Belə ki, nazirliyin hər hansı əməkdaşının E.Mahmudovun adına yazdığı müraciətdə sabiq MTN rəhbərinə sadəcə rütbəsi ilə xitab olunduğu halda həmin ərizə geri qaytarılır, ora “cənab” sözü əlavə ediləndən sonra qəbul edilirdi. Halbuki, MTN rəhbərinə ünvanlanan rəsmi müraciətdə “cənab” sözünün yer alması qəbul edilmiş protokol qaydalarına görə yolverilməzdir və müraciətdə məlum ifadənin yer alması bu qaydaların pozulması deməkdir”.
Mənbənin sözlərinə görə, E.Mahmudovun “cənab” ifadəsinə həssaslığı ifrat dərəcədə olub və sözün həqiqi mənasında hobbi səviyyəsinə yüksəlib. Belə ki, sabiq nazirin bu hobbisi MTN-də hər kəsə bəlli olduğundan idarə daxilində E.Mahmudov haqqında “nazir”, “general-polkovnik” ifadələri deyil, məhz “cənab” ifadəsi işlədilib.
Mənbə “MTN işi” çərçivəsində E.Mahmudovun sadəcə vəzifə və milyonlarından deyil, eləcə də hobbisindən məhrum olduğunu bildirib. Çətin ki, E.Mahmudovun əsir statusuna bənzər indiki azadlığında və qarşıdakı həbsxana həyatında kimsə ona bir də “cənab” deyə müraciət etsin.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər