BolgeXeber.Com » Ölkə » “Grand Hospital”dan jurnalistə kələk - FOTO

“Grand Hospital”dan jurnalistə kələk - FOTO

2-12-2015, 12:16
Oxunub: 4 299 “Grand Hospital”dan jurnalistə kələk - FOTO"Təxminən bir saatdan sonra baş həkim gəldi. Mənim sənədimə baxanda, pulsuz müayinənin yazıldığını gördü, hiss etdim ki, əhvalı dəyişdi"

Ötən ay “Grand Hospital” media üçün aksiya keçirib.

Bolgexeber.com TİA.AZ-a istinadən verir ki, jurnalistlərə klinika barədə məlumat verilib. Aksiyada jurnalistlərə pulsuz müayinədən keçmək təklif edilib. Tədbirdə Azinforum.az-ın əməkdaşı da iştirak edib. Klinikanın baş həkimi Rafiq Dəmirçalovun jurnalistə qarşı jesti birmənalı qarşılanmayıb.

Sitat: “Əvvəlcə bizi klinikanın direktoru Elxan Hacıyev öz otağında qəbul etdi. Klinika barədə məlumat verdikdən sonra, KİV təmsilçiləri ilə ölkədəki səhiyyənin vəziyyəti barədə ümumi fikir mübadiləsi aparıldı. Ardınca jurnalist qrupuna istənilən sahə üzrə pulsuz müayinədən keçmək təklif edildi. Bu metod eyni zamanda, klinikanın işi prinsipi ilə yaxından tanış olmaq imkanı da verirdi. Elxan Hacıyev bizə olduqca savadlı və mədəni insan təəssüratı bağışladı”.

Saytın əməkdaşı qeyd edib ki, jurnalistlərə hansısa sahə üzrə müayinədən keçmək istədikləri ilə bağlı suallar ünvanlanıb: “Mən qulağımda olan səslə əlaqədar müayinədən keçmək istədiyimi bildirdim. Dedilər ki, onların baş həkimi Rafiq Dəmirçalov məhz bu ixtisas üzrə həkimdir. Qeydiyyata alındıqdan sonra, məni Rafiq həkimin otağına göndərdilər. Otaqda oturan xanım dedi ki, Rafiq həkim əməliyyatdadır. Mən qeydiyyat şöbəsinə müraciət edərək bildirdim ki, mümkündürsə məni başqa həkimə yazın. Çünki əməliyyatın uzun çəkəcəyini zənn etdim. Bunun mümkün olmadığını dedilər.

Təxminən bir saatdan sonra baş həkim gəldi. Mənim sənədimə baxanda, pulsuz müayinənin yazıldığını gördü, hiss etdim ki, əhvalı dəyişdi. Tələsdiyini dedi. Elə tələm-tələsik də qulağıma baxdı. Dedi ki, sənə audimetriya lazımdır, lakin onun bunu etməyə vaxtı yoxdur. Mən bildirdim ki, iki dəfə başqa klinikalarda audimetriyadan keçmişəm, cavabları da əlimdədir. Həkim mənə öz vizit kartını verib dedi ki, həmin cavabı çəkib vatsapla ona göndərim. Dərhal uyğun müalicəni yazacağını bildirdi.

Təklif etdim ki, işi belə çoxdursa sabah gəlim. Bildirdi ki, 20 gün ölkədə olmayacaq. Hiss etdim ki, məni başından edir. Amma onun dediyini etdim. Audimetriyanın cavabını özünün də dediyi kimi, 050 ilə olan nömrəsinə göndərdim. Düz 10 gündür ki, baş həkimdən cavab gözləyirəm. Necə deyərlər: “uzuz ətin şorbası olmaz” misalı lap yerinə düşdü.

Bəlkə də bu hərəkəti sıravi bir işçi etsəydi heç məsələni ictimailəşdirməyə ehtiyac görməzdim. Ancaq bir klinikanın siması sayılan baş həkimdən dediyim davranışı görmək bir jurnalist kimi məndə olduqca acı iz buraxdı”.
Yazıda adları çəkilən hər bir şəxsim mövqeyini dinləməyə hazırıq.
“Grand Hospital”dan jurnalistə kələk - FOTO
“Grand Hospital”dan jurnalistə kələk - FOTO