BolgeXeber.Com » Ölkə »  Rəsulzadəni təhqir edən deputat erməniyə qohum çıxdı

 Rəsulzadəni təhqir edən deputat erməniyə qohum çıxdı

3-12-2015, 12:46
Oxunub: 3 030  Rəsulzadəni təhqir edən deputat erməniyə qohum çıxdıMəhəmməd Əmin Rəsulzadəni təhqir edən “deputat” hansı erməninin nəvəsi ilə ailə qurub

Son günlər ölkə mətbuatını zəbt edən məsələ olduqca qəzzəblə qarşılandı. Gəncə şəhərindən deputat seçilən Naqif Həmzəyevlə bağlı məlumatlar onun karyerasının başlanığıcını zərbə altına aldı. Buna səbəb deputatın Məhəmməd Əmin Rəsulzadə haqqında xoşagəlməyən ifadələr işlədməsi olub.

Belə ki, jurnalsitləri Gəncəyə dəvət edən N. Həmzəyev gözlənilmədən Azərbaycanın qurucularından olan dahi şəxsiyyət Məhəmməd Əmin Rəsulzadəni satqın adlandıraraq onu təhqir edib. Və bundan sonra cəmiyyət arasında Naqif Həmzəyevə qarşı sosial şəbəkələrdə nifrətlər səsləndirildi. Bu barədə informasiya agentliklərində kifayət qədər məlumatlar dərc edilsədə qarşı tərəf sözünü danmağa başladı.

Nəhayət nala-mıxa vuran deputat çıxış yolunu sonradan verdiyi açıqlamasında gördü. Lakin Gəncədən seçilmiş deputatla bağlı dosye.org-a daxil olan məlumat olduqca maraqlıdır. Əldə etdiyimiz məlumatlara inansaq N. Həmzəyevi günahlandırmaq sadəlöhvlük olar. Deputat nəinki Məhəmməd Əmin Rəsulzadəni təhqir edər, hətda millətin ünvanına böhtanlarda yağdıra bilər.

Bir sözlə Nafiq Həmzəyevin fikirləri Əkrəm Əylisli ilə müqayisə oluna bilməz. Niyə məhz Əkrəm Əylisli? Çünki Ə.Əylisli ermənipərəst mövqeyini açıq-aşkar ortaya qoydu. Bununlada vətəninə, elinə, obasına xəyanət etdi. Necə deyərlər, bu gün isə meydan N. Həmzəyevindir. Eyni ilə də N. Həmzəyevin ermənilərlə qohumluq əlaqəsi haqqında məlumatlar durmadan daxil olur.

Tam dəqiqliklə desək, həyat yoldaşının nənəsi erməni olduğu bildirilir. Azərbaycan xalqının əzəli düşməni olan erməni xalqı hər zaman torpaqlarımıza və bəzi “kişilərimizə” göz dikib. Bunun nəticəsidir ki, ayağı sürüşkən “kişilərin” daxildən millətinə qarşı alergiya yaranır. Bu azmış kimi, Azərbaycan xalqın tarixini danır və dahi şəxsiyyətlərimizi təhqir edir.

Yaxın günlərdə deputat Naqif Həmzəyevin ermənilərlə qohumluq əlaqələrindən geniş yazılar dərc olunacaq. Biləcəksiniz ki, Məhəmməd Əmin Rəsulzadəni təhqir edən “deputat” hansı erməninin nəvəsi ilə ailə qurub. İndicə əldə etdiyimiz digər bir məlumatda isə bildirilir ki,N. Həmzəyevin Türkiyədə “Firat” universitetini bitirib və nurçularla sıx əlaqələri var. Araşdırmalarımız davam edir..

P.S. Bu cür dardüşüncəli insanların qarşı tərəf kimi mövqeyini saytımızda işıqlandırmırıq. Biz yalınız vətənə və dövlətə sədaqətlə xidmət edən şəxsiyyətlərin mövqeyini işıqlandırmağa borcluyuq.

Dosye.org