BolgeXeber.Com » Ölkə » Ucarın icra başçısına qarşı ittihamlar - NARAZILIQ VAR...

Ucarın icra başçısına qarşı ittihamlar - NARAZILIQ VAR...

8-12-2015, 11:19
Oxunub: 2 674 Ucarın icra başçısına qarşı ittihamlar - NARAZILIQ VAR...Ucarda şəhərində evlərin dam örtüklərinin dəyişdirilməsi müəllimlərə baha başa gəlib

Ucarda bağça müdirlərinə haqq qoyulub. Bu barədə “Gündəm-xəbər”ə rayondan məlumat verilib. Qaynağımızın sözlərinə görə, rayon icra başçısının müavini Şəhla Abdullayeva analıq məzuniyyətinə çıxan işçilərin əvəzetmə pullarının ona verilməsini tələb edib.

Bildirilir ki, Ucarda bu qərar narazılıq yaradıb. Uşaq bağçalarının müdirlərinə bildirilib ki, Ş.Abdullayevanın təlimatı şərh oluna bilməz, əmr yuxarıdan gəlib. Odur ki, yerinə yetirilməsə ağır və sərt cəzalar tətbiq oluna bilər.

Məlumatda deyilir ki, icra başçısının müavini qeyri-qanuni pul tələb etməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək. Bağça müdirləri isə işini itirmək qorxusundan bu tələbi yerinə yetirməyə məcbur qalıblar.

Təhsil Nazirliyi və Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə ünvanlanan müraciətlərdə icra başçısı müavininin əməllərinin araşdırılması istənilir. Mənbə bildirir ki, bu məsələdə icra başçısı Mənsur Məmmədovun rolu da az deyil. Başçı Göyçaydakı işlərinin Ucarda davam etdirir

Bir müddət əvvəl Ucar rayon sakini Vasif Abdullayev şikayət məktubunda qeyd edirdi ki, Şəhla Abdullayeva tərəfindən təzyiqlərə məruz qalıb. 2014 cü ildə Ucar rayonunda zibilliklərin baş alıb getməsi və bu kimi sosial problemləri mətbuat gündəminə çıxarmağından sonra Ucar RİH tərəfindən ciddi təzyiqlərlə üzləşib.

Prezident İlham Əliyevin “2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda səsləndirdiyi fikirləri xanım Şəhla Abdullayevanın bir daha diqqətinə çatdırırıq:


"Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir. Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır.

Mənfi mənzərə ilə üzləşəndə tədbir də görülür, məmurlar cəzalandırılır. Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını işə təyin edərkən, mən onlara öz sözlərimi deyirəm: Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim”.

Ucarda şəhərində evlərin dam örtüklərinin dəyişdirilməsi müəllimlərə baha başa gəlib.

Ucar rayonundan olan bir qrup müəllimin Avropa.info-ya verdiyi məlumata görə, rayon icra hakimiyyəti şəhərdəki evlərin dam örtüklərinin dəyişdirilməsinə qərar verib. Lakin, dövlət tərəfindən rayona ayrılan maliyyə vəsaitinin deyil, müəllimlərin hesabına.

Qeyd edək ki, apreldə də pul yığırdılar. Elə buna görə də müəllimlər arasında kütləvi narazılıqlar yaranıb. Müəllimlər bu qanunsuzluğa son verilməsə ölkə başçısına müarciət edəcəklərini bildiriblər.

Qeyd edək ki, Ucar rayon İcra hakimiyyətinin başçısı Nəqliyyat Naziri Ziya Məmmədovun əmisi oğlu Mənsur Məmmədovdur. Onun fəaliyyəti əvvəllər icra başçısı olduğu Zərdab və Göyçay rayonlarında da yerli sakinlərin narazılığına səbəb olmuşdu.
Bolgexeber.com