BolgeXeber.Com » Ölkə » Ağcabədi təhsilində biabırçı mənzərə... - İTTİHAM VAR

Ağcabədi təhsilində biabırçı mənzərə... - İTTİHAM VAR

9-12-2015, 11:29
Oxunub: 2 820 Ağcabədi təhsilində biabırçı mənzərə... - İTTİHAM VARAğcabədi məktəblərində dərs deyən müəllimlərdən müxtəlif bəhanələrlə pul yığılması hallarının intensivləşməsi barədə mətbuata daxil olan məlumatların sayında bir artım müşahidə olunmaqdadır

Redaksiyamıza daxil olmuş məlumatlarda Ağcabədi rayon Təhsil şöbəsinin rəhbərliyi tərəfindən yol verilən çeşidli qanun pozuntularından, o cümlədən də saxtalaşdırılmış tender müsabiqələrinin keçirilməsindən bəhs edilir. Həmçinin açıqlamada, bu şübhəli əməliyyatların keçirilməsində Ağcabədi RTŞ-nin müdiri Mehdi Əhmədovun hər dəfə üstünlük verdiyi şirkət olaraq “Abadlıq-MK” MMC-nin adı vurğulanır. Artıq qeyd olunduğu kimi, bu MMC-nin rəhbəri Musa Kazımov Təhsil Şöbəsində təsərrüfat hissə müdiri işləyən Əli Kazımovun oğludur. Əldə etdiyimiz məlumatlara görə, “Abadlıq-MK” MMC müxtəlif vaxtlarda Ağcabədi RTŞ tərəfindən keçirilmiş inventarların satın alınması ilə bağlı 11000 manatlıq; avadanlıqların satın alınması ilə bağlı 7500 manatlıq; maşın və avadanlıqların satın alınması bağlı 6800 manatlıq və bir çox digər yenderlərinin “qalibi” olub.

Bu məlumatları bizimdovr.az-a verən mənbə araşdırma aparılcağı təqdirdə həmin əməliyyatların yalnız kağız üzərində mövcud olduğunun üzə çıxacağını iddia edir.Maraqlıdır ki, Təhsil Şöbəsinin sifarişi ilə keçirilən inventar və avadanlıqların satın alınması üzrə tenderlərin qalibi olan “Abadlıq-MK” MMC-nin qanuni nümayəndəsi Musa Kazımova bağlı olan başqa bir şirkətin, “Zəngi” MMC-nin Ağcabədi rayon Mədəniyyət və Turizm şöbəsinin sifarişi ilə həyata keçirilən təmir işləri ilə bağlı 72381 manatlıq və 30243 manatlıq iki tenderin qalibi olduğu da açıqlamada öz əksini tapıb. Mənbənin iddiasına görə, bu MMC-lər yalnız nəqdləşdirmə əməliyyatı ilə məşğuldurlar. Digər tərəfdən də, mövzuya dair dərc etdiyimiz son materialda biz artıq qeyd etmişdik ki, Ağcabədi məktəblərində dərs deyən müəllimlərdən müxtəlif bəhanələrlə pul yığılması hallarının intensivləşməsi barədə mətbuata daxil olan məlumatların sayında bir artım müşahidə olunmaqdadır.

Elə bu günlərdə aldığımız və artıq sizə təqdim etdiyimiz növbəti açıqlamada da bu fakt öz təsdiqini yenidən tapıb. Bundan başqa isə, elə həmin məlumatda Ağcabədi məktəblərində həyata keçirilən pul yığımlarında xüsusi canfəşanlıqları ilə seçilən bəzi direktorların da adları vurğulanıb. İddiaya görə, bəzi direktorlar bu soyğunçuluğa qarşı etiraz səslərini çıxarmağa cəhd göstərsələr də, bir çoxları sanki bu anı çoxdan gözləyirmişlər kimi, xüsusi canfəşanlıq nümayiş etdirirlər. Məsələn, 1 saylı məktəbin direktoru Səadət xanım, 3 saylı məktəbin direktoru Tofiq müəllim, 6 saylı məktəbin direktoru Əsgər müəllim, 8 nömrəli məktəbin direktoru Anar müəllim. Bu barədə daxil olan müraciətdə deyilir: “Başa düşmək olmur ki, bu direktorlar yığılan pullara şərikdirlər, yoxsa sadəcə özlərini rəhbərliyin “gözünə soxmaq” niyyəti güdürlər?”

Qarşı tərəfin də münasibətini öyrənə bilərik.