BolgeXeber.Com » Ölkə » Eldar Mahmudovun daha bir önəmli adamı işindən atıldı... - Həbsi belə gözlənilir...
Eldar Mahmudovun daha bir önəmli adamı işindən atıldı... - Həbsi belə gözlənilir...
9-12-2015, 13:49
Oxunub: 4 498
Eldar Mahmudovun “baş torbatikən”i MTN-dən qovuldu...
Moderator.az - a daxil olan məlumata görə, Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi, adı bir çox qalmqallı, səsli - küylü cinayət işlərində hallanan Elşən Murtuzov işindən kənarlaşdırılıb.
Xatırladaq ki, Elşən Murtuzov MTN - nin keçmiş rəhbərliyinin sifarişli və qondarma cinayət işlərinin istintaqını aparıb, rəhbərliyin etibarlı adamı hesab olunduğundan təqsirləndirilən şəxslərə uydurma ittihamları quraşdırmaqda pərgar olub. Qısaca onu bildirmək yerinə düşər ki, tanınmış jurnalist Pərviz Həşimlinin istintaqını da Elşən Murtuzov apararaq ona qarşı ağılagəlməz ittihamlar uydurmaqla dilə - dişə düşmüşdü.
Bu günlərdə isə intihar etmiş MTN polkovniki Malik Mustafayevin qardaşı Mətləb Mustafayevin mətbuatda tükürpədici videomüraciəti yayılmışdı və bəlli olmuşdu ki, müəmmalı şəkildə intihar edən mərhum polkovnikin də cinayət işini Elşən Murtuzov aparıbmış. Mərhumun qardaşı da müstəntiq haqqında kəskin ittihamlarla çıxış etmiş, nazirliyin yeni rəhbərliyindən onunla bağlı ciddi ölçü götürülməsi istənilmişdi...
Bu hələ mətbuatda hallandırılan cəmisi iki cinayət işinin məhz Elşən Murtuzov tərəfindən qərəzli və sifarişli aparılması barədə mətbuatda yayılmış dəqiq məlumatlardır. Görünür, onun işdən qovulmasında bundan başqa da qondarma ittihamlar "boğçası"nın olması əsas rol oynayıb və o köhnə komandanın "baş torbatikən"lərindən biri olduğundan onun məsələsinə baxılıb.
Amma ola bilsin ki, bu hələ son deyil və tezliklə E. Murtuzov da Bakı İstintaq Təcridaxanasındakı "komanda yoldaşları"nın sırasına qatılsın...
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər