Hamilə qadının intiharının şok-Təfərrüatı
12-12-2015, 17:02
Oxunub: 4 491
Vəziyyəti orta ağırdır, yaşayıb-yaşamayacağı sual altındadır.
Bolgexeber.com axar.az-a istinadən xəbər verir ki, bu sözləri özünü binanın 4-cü mərtəbəsindən atan 1997-ci il təvəllüdlü Xatirə Aşirovanın həkimi Samirə Heybətova deyib.
Həkim “Hafta.az”a bildirib ki, ümid Allaha qalıb: “Dördüncü mərtəbədən yıxılıb. Dörd aylıq da hamilə olub. Zədə nəticəsində uşağını itirdi. Kəllə-beyin travması alıb.
Çoxsaylı qırıq və çıxıqlar, eləcə də üz nahiyəsində və aşağı ətrafında sıyrıqlar var. Tərəfimizdən zəruri müalicə tədbirləri davam etdirilir. Vəziyyəti ağır olduğu üçün hələ bir neçə müddət reanimasiyada qalacağını söyləmək olar”.
Xatirənin bibisi qızı Gültəkin Mirzəyeva bildirib ki, hadisənin səbəbini tam olaraq bilmirlər:
“Qonşularından eşitdiyimizə görə, hər şey ərinin ucbatından olub. İkisi də uşaqdır. Qızın 18, Faiqin də 24 yaşı var. Əvvəllər özünü bizə yaxşı adam kimi tanıtmışdı. Deyən-gülən idi. Xətrini çox istəyirdik. Evlənəndən sonra dəyişdi, içkiyə qurşandı. Siqaret çəkib, araq içirmiş. Narazılığın səbəbi isə Faiqin evə gec gəlməyi olub”.
G.Mirzəyeva söyləyib ki, Xatirə narazılıq edib: “Deyirmiş ki, gecə gəlirsən, evdə tək qorxuram. Sonra da Faiq qızı döyürmüş. Sabah ayılanda da üzr istəyirmiş. Bir müddət uşaqları olmadı.
Ona görə də qızı döyəndə sonsuz olması ilə izah edirmiş. İndi nə olacaq bəs? O boyda müalicədən sonra dörd aylıq uşağı da itirdi. Özünü də, Xatirəni də bədbəxt etdi”.
G.Mirzəyeva qeyd edib ki, Xatirə Faiq Aşirovla zorla evlənib: “Qız getmirdi, istəmirdi onu, instituta hazırlaşırdı. Rəfiqələri tərifləyib, qızı birtəhər razı salıblar. Faiq də uzaqdan bizə qohum düşür”.
Qeyd edək ki, hadisə paytaxtın Xətai rayonunda olub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər