Gəncədə daha bir universitetdə qalmaqal... - ŞİKAYƏT VAR
14-12-2015, 13:14
Oxunub: 3 798
"Vəziyyət o yerə çatıb ki, idarəetmə daha “jarqon” forma alıb və universitetdə həyata keçirilən yarıtmaz kadr siyasəti nəticəsində ömrünü bu universitetlə bağlayan bir qrup ziyalı buranı tərk edib"
Bolgexeber.com bildirir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup əməkdaşı TİA.AZ-a məktub göndərib.
Müraciəti təqdim edirik:
"Vəziyyət o yerə çatıb ki, idarəetmə daha “jarqon” forma alıb və universitetdə həyata keçirilən yarıtmaz kadr siyasəti nəticəsində ömrünü bu universitetlə bağlayan bir qrup ziyalı buranı tərk edib.
Həmin müəllimlərin universiteti tərk etməsinin əsas səbəbi onların ADAU-nin rəhbərliyi, xüsusilə də rektor tərəfindən alçaldılması, tələblərin içərisində heysiyyatına toxunulmasıdır.
1. Aqrar iqtisadiyyat fakültəsinin əməkdaşı baş müəllim Nəcəf Qurbanovun dərs zamanı mühazirə materialının tələbələrin önündə universitetin rektoru tərəfindən cırılaraq yerə atılması və özünün təhqiramiz formada auditoriyadan uzaqlaşdırılması.
2. Həmin fakültənin dekanı Zakir Əhmədovun universitetin iclaslarında şəxsiyyətinin dəfələrlə alçaldılması, 60 yaşlı dekanın xoşagəlməz ləqəblərlə çağırılması.
3. Tarix kafedrasının müəllimi Piri Axundovun rektorun köməkçisi vəzifəsinə təyin edildikdən sonra küçə söyüşləri ilə otaqdan qovulması.
4. İşə götürdüyü kadrların əksəriyyətinin qısa müddət ərzində işdən uzaqlaşdırılması.
5. İmtahanlardan müəllimlərin kənarlaşdırılaraq Tələt adlı tələbə tərəfindən götürülməsi.
6. Perspektivi olan kadrlara müxtəlif yollarla təzyiq göstərilməsi, şər və böhtan yazılar yazdırmaqla elmi potensiallıların sıxışdırılması və s.
Adını çəkdiyimiz və çəkmədiyimiz neqativ hallar bəzi əməkdaşların öz razlığı ilə universitetdən digər təhsil ocaqlarına üz tutmalarına səbəb olub.
Bu hallar ziyalı mühitinə yaraşmayan və daxili vəziyyətin gərginləşməsinə səbəb olan məsələlərdəndir."
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər