İmişlinin Şahverdili kəndində səyyar qəbul keçirilib-FOTO
15-12-2015, 16:13
Oxunub: 3 966
Son illər İmişli rayonunda həyata keçirilən abadlıq və quruculuq işləri kənd və qəsəbələri də əhatə edib
Şahverdili kəndində keçirilən səyyari qəbulda rayonda həyata keçirilən məqsədyönlü tədbirlər bir daha nəzərə çatdırılıb. Şahverdili kəndinin sakinlərinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. İmişli rayon icra hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev dövlət başçısının regionların inkişafına göstərdiyi qayğıdan danışıb. Bildirib ki, rayonda kəndlərin qazlaşdırılması davam etdirilir. Kənd yolları abadlaşdırılır, yeni sosial obyektlər inşa edilir. Rayonda təhsil ocaqlarının 80 faizi yenidən qurulub və əsaslı təmir edilib. Hazırda isə rayonda 2 körpələr evi-uşaq baxçasının tikintisi başa çatmaq üzrədir. Həmçinin bildirilib ki, kəndlərin qazlaşdırılması və istismar müddətini başa vuran köhnə elektrik dirəklərinin dəyişdiriməsinə ehtiyac var. İcra başçısı bildirib ki, hər iki məsələnin həlli ilə bağlı konkret tədbirlər görülür. İlin sonunadək kəndlərin qazlaşdırılması başa catacaqdır. Tədbirdə çıxış edən sakinlər də öz növbəsində onlara göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər. Görüşdə sakinlər tərəfindən qaldırılan müraciət və təkliflər dinlənilib, aidiyyatı qurumlara və xidmət təşkilatlarına konkret tapşırıqlar verilib.
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər