BolgeXeber.Com » Ölkə » KVN-çilərə efir qadağası: ‘Nazirlər bizə görə TV rəhbərlərini hədələyir’ - ŞOK İTTİHAM

KVN-çilərə efir qadağası: ‘Nazirlər bizə görə TV rəhbərlərini hədələyir’ - ŞOK İTTİHAM

16-12-2015, 13:37
Oxunub: 3 782 KVN-çilərə efir qadağası: ‘Nazirlər bizə görə TV rəhbərlərini hədələyir’ - ŞOK İTTİHAMTahir İmanovun sözlərinə görə, hər şey yazda, “Gülüş yığması” layihəsinin buraxıldığı andan başlayıb

Əfsanəvi şən və hazırcavablar klubu (ŞHK) “Parni iz Baku” komandasının üzvləri-Azər Məmmədzadə, Bəhram Bağırzadə, Cabir İmanov və Tahir İmanov oxu.az-a müsahibə veriblər.

Bolgexeber.com xəbər verir ki, aktyorlar həmin müsahibədə gündəm yaradacaq açıqlamalar veriblər.

Tahir İmanovun sözlərinə görə, hər şey yazda, “Gülüş yığması” layihəsinin buraxıldığı andan başlayıb:

“Orada “Hit-parad” rubrikası var. Rubrikadakı musiqili nömrədə əsas qəhrəmanlardan biri polis idi. Mən yayım zamanı musiqili nömrədə bu hissənin kəsildiyini gördüm. Həm də elə eybəcər şəkildə kəsmişdilər ki, bütün çıxış çox qeyri-peşəkar görünürdü.

Daha sonra isə ümumiyyətlə, polislərin təsvir olunduğu hissələr çıxarılmağa başlandı. Mən “Space” telekanalının rəhbərliyinə zəng etdim. İki gün ərzində mənim telefon zənglərimə heç kim cavab vermədi.
KVN-çilərə efir qadağası: ‘Nazirlər bizə görə TV rəhbərlərini hədələyir’ - ŞOK İTTİHAM


İcraçı direktor “Mən heç nə bilmirəm, məsələdən xəbərdar deyiləm. Aydınlaşdırıb sizə də bildirərəm”, - dedi.

Sonra isə Vaqif Mustafayev başda olmaqla kanalın rəhbərliyi məni dəvət etdilər. Mənə dedilər ki, “polisləri tənqid etmək olmaz”. “Niyə? Niyə 90-cı illərdə olardı, 2000-ci illərdə olardı, 2015-ci ilin fevral ayına qədər olardı, indi isə olmaz?” sualıma isə sadəcə “Olmaz” cavabı verdilər. O zaman mən “Sizə polis idarəsinin rəhbərliyindən zəng ediblər?”- deyə soruşdum.

Mənə cavab verdilər ki, “xeyr, sadəcə o kanalın rəhbəri belə qərar alıb”.

Niyə belə qərar almasının səbəbini soruşduqda isə o, “Olmaz, vəssalam” dedi. “Bəs başqalarını olar?” soruşduqda isə, “Başqalarını hələlik olar, onları isə olmaz” cavabını verdi”.
KVN-çilərə efir qadağası: ‘Nazirlər bizə görə TV rəhbərlərini hədələyir’ - ŞOK İTTİHAM

Tahir İmanovun sözlərinə görə, kanaldan onlara “Siz polislərin imicinə xələl gətirirsiniz!” xəbərdarlığı edilib.

Aktyor isə bununla razılaşmır:

“Biz ki, yeni heç nə düşünmürük. Əgər ölkə rəhbərliyi hər iclasda hüquq-mühafizə orqanlarında neqativ məqamlar olduğundan danışırsa, o zaman biz niyə danışa bilmərik?

Biz sizinlə demokratik ölkədə yaşayırıq. Biz Şimali Koreyada, 1937-ci ildə yaşamırıq. Biz prinsip olaraq 20 ildən çox bir müddət ərzində məşğul olduğumuz iş ilə məşğul oluruq”.

Space-dəki qadağadan sonra kollektiv başqa kanala üz tutub. Amma burdakı cavab daha sərt olub:

“ATV-də bizə daha çox şey dedilər: “Polisi, Vergilər Nazirliyini, Gömrük Komitəsini və FHN-ni tənqid etmək olmaz”. Bizə bəyan etdilər ki: “Siz vergiləri tənqid edirsiz, bizə ya yoxlama göndərirlər, ya da ki, bu və ya digər nazir zəng edib hədələyir”.

Onlar ölkə rəhbərliyinin adından istifadə edirlər, onların sözlərinə görə, məhz ölkə rəhbərliyi bunu qadağan edir. Boş sözdür, cəfəngiyyatdır. Biz buna heç bir zaman inanmayacağıq. Çünki biz bilirik ki, ölkə rəhbərliyi hər zaman istənilən problemin demokratik həllinin tərəfdarıdır.

H.Əliyev konsertdən sonra bizimlə görüşdükdə bizə “Siz faydalı iş görürsünüz. Çatışmazlıqları göstərirsiniz və düz edirsiniz” dedi. Bütün bunlar hər kəsin öz mənfi cəhətlərini görməsi və onların aradan qaldırılması üçün edilir. Biz hər şeyi ölkəmizə olan sevgimiz üçün edirik, bu mənfi cəhətlərin kökündən yox edilməsinə can atırıq.

Tahir İmanov deyir ki, onların hətta son iki konserti efirə verilməyib:
KVN-çilərə efir qadağası: ‘Nazirlər bizə görə TV rəhbərlərini hədələyir’ - ŞOK İTTİHAM

Son konserti yazda göstərməli idilər, həmin ərəfədə bir həftəyə yaxın anons getdi. Bazar günü mənə ATV-dən zəng edib dedilər: “Nazirlərin uşaqlığına dair səhnəni çıxarırıq, polisləri tənqid etdiyiniz səhnəni çıxarırıq, vergiləri tənqid etdiyiniz səhnəni çıxarırıq, gömrüyü tənqid etdiyiniz səhnəni çıxarırıq...”.

Aktyorun “Nə qalır, yalnız aparıcının mətni?” sualına isə kanaldan belə cavab verilib: “Hər şeyi çıxarırıq”.

Və o zaman mən “əgər bizim konsertlərə ölkə rəhbərliyi gəldiyi zaman heç bir səhnə çıxarılmırdısa, indi bunu etməyə heç kimin haqqı yoxdur” dedim. Mən konsertlərimizin iki və yaxud da üç il göstərilməməsinə razıyam, qoy rəflərdə qalsın, eybi yox, biz bu konsertləri sonra göstərərik”.

“KVN-şik”lərin sözlərinə görə Lider TV-də onlara 2003-cü ildən konkret olaraq qadağa qoyulub:

“ANS-də isə formatımızın onlara uyğun olmadığını dedilər. Bu telekanallara bizim üçün giriş qadağandır.

“Sizdən başqa polis işçilərini heç kim tənqid etmir?” suallarına isə Tahir İmanov sərt cavab verib:
KVN-çilərə efir qadağası: ‘Nazirlər bizə görə TV rəhbərlərini hədələyir’ - ŞOK İTTİHAM

- Tənqid edirlər, amma onlara da qadağan edilib. Bir çox prodakşnlar öz layihələrində, seriallarında tənqid edirdilər, amma onlara qadağa qoyuldu. Mən sizə açıq deyirəm, belə də yazın: onlar məmurların təzyiqindən qorxurlar. Əgər susurlarsa, deməli qorxurlar. Danışmırlar. DİN-in mətbuat xidmətinin nümayəndələri telekanallara zəng edib və polis işçilərinin tənqid olunmasını qadağan ediblər, vəssalam. DİN-in mətbuat xidmətinin bizim layihələrə baxmaqdan başqa işləri yoxdur sanki, onlar bizim konsertləri əzbər bilirlər.

Digər aktyor Azər Məmmədzadə isə bildirib ki, əvvəllər nazirlər sadəcə zəng edirdilərsə, indi onların adından zəng edir və hədə-qorxu gəlirlər.
Bolgexeber.com