BolgeXeber.Com » Ölkə » BDU-nun qalmaqallı mühafizə rəisi işdən çıxarıldı

BDU-nun qalmaqallı mühafizə rəisi işdən çıxarıldı

17-12-2015, 09:28
Oxunub: 2 895 BDU-nun qalmaqallı mühafizə rəisi işdən çıxarıldıMəsələ rektorluqda ciddi müzakirə olunub

Sosial şəbəkələrdə Bakı Dövlət Universitetinin mühafizə xidmətinin rəisi Mahir Höcətovla bağlı müxtəlif məlumatlar yayılıb.

Bolgexeber.com xəbər verir ki, məsələni dəqiqləşdirmək üçün modern.az-ın əməkdaşı Bakı Dövlət Universitetinin Mətbuat Xidməti ilə əlaqə saxlayıb. Mətbuat Xidmətindən bildirilib ki, bu gün məsələ rektorluqda ciddi müzakirə olunub:

“Müzakirə əsnasında M. Höcətov tutduğu vəzifədən azad olunması xahişi ilə müraciət edib və onun müraciəti təmin olunub”.