“Yol İnşaatçısı” MMC-yə ağır – İttihamlar
22-12-2015, 16:40
Oxunub: 7 524
“Yol İnşaatçısı” MMC-nin fəaliyyəti qeyri-qənaətbəxş qiymətləndirilir
Bolgexeber.com bizimdovr.az-a istinadla xəbər verir ki, “Yol İnşaatçısı” 3 saylı yol təmir-tikinti idarəsinin bazasında yaradılıb. Həmin vaxt 3 saylı YTTİ-nin müdiri vəzifəsində çalışmış Zahid Nuriyev bu gün də MMC-yə rəhbərlik edir. Əslində “Yol İnşaatçısı” MMC-nin keyfiyyətli yol çəkmək üçün bütün imkanları var. Belə ki, MMC tələb olunan maşın-mexanizmlərə, qurğu və avadanlıqlara malikdir. Həm də bu maşın və mexanizmlərin böyük əksəriyyəti Almaniyanın son illərdəki istehsalıdır. Eyni zamanda da MMC müasir avadanlıqlarla tam təchiz olunmuş laboratoriyaya malikdir. Lakin bu avadanlıqlar vasitəsi ilə müxtəlif növ asfalt-beton qarışıqlarının hazırlanmasında istifadə olunan tərkib materialların və istehsal olunmuş asfaltın keyfiyyəti daimi yoxlanılmalı olsa da, əslində bu analizlər həyata keçirilmir. Və yaxud da əldə olunan nəticələr təhrif olunur.
Bunda isə məqsəd müəyyən “qənaətlər” etməklə əlavə gəlir əldə etmək olur. İkinci bir tərəfdən də məlumatlarda “Yol İnşaatçısı” MMC-nin rəhbəri Zahid Nuriyev tərəfindən şirkətin fəaliyyətində təhlükəsizlik qaydalarına əməl olunması işində ciddi boşluqlara yol verildiyi vurğulanır. Bildirilir ki, bu cəhətdən işçi və fəhlələrin mütəmadi olaraq təlimatlandırılması, iş prosesində təhlükəsizlik tədbirlərinin görülməsi həyata keçirilmir. Bu isə, öz növbəsində müxtəlif bədbəxt hadisələrin, hətta faciələrin yaşanmasına yol açır.
Elə bu günlərdə növbəti belə bir hadisə “Yol İnşaatçısı” MMC-nin Nardaran qəsəbəsində apardığı yol çəkilişi işlərinin gedişində baş verib. Məsuliyyətsizlik səbəbindən baş vermiş hadisə nəticəsində fəhlələrdən bir nəfəri dünyasını dəyişib.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər