“Ailə TV” kabeli qoşmayıb, pulunu istəyir – ŞİKAYƏT
13-01-2016, 11:42
Oxunub: 4 075
“Ailə TV” kabel televiziyası ilə bağlı növbəti şikayət var
TİA.AZ-ın xəbərinə görə, İsa İsazadə adlı abunəçi “Facebook” səhifəsində narazılıq edib. Onun sözlərinə görə, “AiləTv"-yə qoşulub, sentyabr və oktyabrda iki ay ödəniş edib: “Amma iki ay içində gəlib qoşmadılar. Əvvəlcə damın açarı tapılmır, sonra işçilər ərazidə deyil, sonra da sabah-sabah deyə yola verdilər. TV paketini ləğv etdirdim”.
Müştəri qeyd edib: “İki gün əvvəl zəng elədilər ki, sizin 2 aylıq TV borcunuz var. Ləğv etdirdiyim halda onların mənə borc yazma haqqı var? Birinci ay ödədim onda qoşmadılar, dedilər ki, damın açarı yoxdu. Sonra yenə gedib tələb elədim, dedilər ki, açarı tapmışıq, ən gec 4 gün müddətində qoşulacaq. Mən də həmin vaxt internet və TV paketinin pulunu bir yerdə verdim. Fikirləşdim ki, nə də olsa, 4 günə qoşulacaq. Amma yenə faydası olmadı. İnternetdən istifadə elədim. Amma əvvəlcədən deyim ki, onların pulu ayrı-ayrılıqda hesablanır. Axı onların ödənişi ayrıdı, qəbz də ayrı verilir?!”
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər