BolgeXeber.Com » Ölkə » İmişlidə 20 Yanvar faciəsinin il dönümü ilə bağlı anım tədbiri keçirilib-FOTO
İmişlidə 20 Yanvar faciəsinin il dönümü ilə bağlı anım tədbiri keçirilib-FOTO
20-01-2016, 12:14
Oxunub: 4 870
İmişlidə 20 Yanvar faciəsinin il dönümü ilə bağlı anım tədbiri keçirilib
Bolgexeber.com-un məlumatına görə 20 yanvar faciəsinin ildönümü ilə baglı İmisli rayonunda da anım tədbiri keçirilib. Qanlı şənbə gecəsində rayonun 3 sakini hadisədən ziyan çəkib.
Onlardan Sürayyə Babayeva isə sovet hərbçilərinin gülləsinə tuş gəlib və həyatını itirib. Rayon ictimaiyyətinin nümayəndələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbçilər Şəhidlər xiyabanına gələrək ölkəmizin bütövlüyü yolunda şəhid olan vətən oğullarının məzarlarını ziyarət edərək tər qərənfillər düzüblər. 1941-45-ci il Abidə kompleksi də ziyarət edilib. Çıxış edən İmişli rayon Icra Hakimiyyətinin başçısı Vilyam Hacıyev 26 il əvvəl Sovet hərbi birləşmələrinin Bakıda törətdiyi qırğınlardan, günahsız insanlara qarşı edilən vəhşiliklərdən danışıb. Həmin gecə qəhrəman vətən oğullarının göstərdiyi qəhrəmanlıqlar konkret faktlarla yada salınıb. Bildirilib ki, 20 yanvar faciəsi ölkəmizin tarixinə həm də qəhrəmanlıq səlnaməsi kimi daxil olub. Daha sonra anım tədbiri İmişli rayon Heydər Əliyev Mərkəzində davam etdirilib.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər