BolgeXeber.Com » Ölkə » Bank krediti daha bir can aldı- Ağdaşda

Bank krediti daha bir can aldı- Ağdaşda

22-01-2016, 11:11
Oxunub: 4 709 Bank krediti daha bir can aldı- AğdaşdaBu gecə Ağdaş rayonunda intihar hadisəsi baş verib

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, 1986-cı il təvəllüdlü iki uşaq atası Ağdaş rayon sakini Allahverdiyev Taleh Nizami oğlu yaşadığı evdə özünü asıb.

Ağdaş rayon prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Deyilənə görə, intihara səbəb işsizlik və banklara olan külli miqdarda borc olub.
Bolgexeber.com