Azərbaycanın bu ərazilərində yarım metr qar yağıb
26-01-2016, 12:29
Oxunub: 3 994
Şimal-qərb küləyi bəzi yerlərdə güclənib
Azərbaycanda yanvarın 26-sı səhərədək müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı rəsmi məlumat yayılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, əvvəlcədən xəbər verildiyi kimi yanvarın 26-sı səhərədək ölkə ərazisində kəskin hava şəraiti davam edib, yağış, sulu qar, qar yağıb, bəzi yerlərdə intensiv olub.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-14, Böyük Qafqazda 5-45, Lənkəran-Astara zonasında 2-27, Mərkəzi-Aran rayonlarında 2-20, Kiçik Qafqazda 4-11, Qazax-Gəncə zonasında 1-8, Naxçıvan MR-da 4-7 mm olub.
Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 64, Şəki, Ağdərədə (Ordubad) 45, Qaxbaşda 40, Sinçay, Kişçay (Şəki) 38, Zaqatalada 37, Qəbələdə 36, Oğuzda 32, Balakəndə 31, Altıağacda 26, Kirən, Gədəbəydə 22, Şamaxıda 19, İsmayıllıda 18, Yardımlıda 17, Şahbuzda 16, Xınalıq, Qubada 15, Qubanın dağlıq ərazilərində 35-46, dağətəyi rayonlarında 3-26, Ağsu, Daşkəsəndə 13, Göyçayda 11, Lerik, Ordubadda 10, Rvarudda 8, İmişlidə 7, Şərur, Naxçıvan, Kəlvəz, Göygöldə 6, Mərəzədə 5, Tovuz, Zərdabda 4, Maştağa, Cəfərxan, Qazıməmməd, Biləsuvar, Lənkəranda 3, Xaçmaz, Göytəpə, Nabran, Bakıda 2, Binədə 1, Şabranda 0.3 sm olub.
Şimal-qərb küləyi bəzi yerlərdə güclənib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər