Valideynləri şəhidimizin dəfninə gəlmədi - FOTO
5-02-2016, 13:02
Oxunub: 3 638
Ermənistan silahlı bölmələri tərəfindən açılan atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri 1996-ci il təvəllüdlü İmran Xudaverdi oğlu Mirzəyevin dəfn mərasimində ailə üzvləri iştirak etməyib
Qaynar.info axar.az-a istinadən xəbər verir ki, dəfn mərasimində şəhidin dayıları və xalaları iştirak ediblər.
Məlumata görə, valideynləri o, uşaqkən ayrılıblar. Hazırda anası Türkiyədə, atası isə Azərbaycanın bölgələrindən birində yaşayır.
Yevlax rayon Aran qəsəbəsi bələdiyyəsindən bildirilib ki, İmranın şəhid olması xəbərini anasına çatdırıblar və o, şəhidin üç mərasimində iştirak üçün ölkəyə gəlməyə hazırlaşır. Şəhidin atasının hansı bölgədə yaşaması barədə isə dəqiq məlumat olmadığından onun baş verənlərdən xəbəri yoxdur.
Xatırladaq ki, Ermənistan silahlı bölmələri tərəfindən açılan atəş nəticəsində şəhid olan əsgərimizin 2 bacısı var və onlar anaları ilə birlikdə Türkiyədə yaşayır.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər