“Expressbank”dan – ŞİKAYƏT
11-02-2016, 12:19
Oxunub: 4 281
"Bu cür hallar bankların likvidliyin pozulmasına gətirib çıxarır, artıq Express-Bankda müştərilərə əmanətlər üzrə faizlərin ödənilməsində məhdudiyyətlər yaranıb"
Bolgexeber.com bildirir ki,ölkə vətəndaşı Amaliya Hacıyeva Gunxeber.com-a müraciət edib.
Vətəndaşın müraciətini təqdim edirik:
"Sizi Express-Bankın müştərisi Amalya Hacıyeva narahat edir, həmin bankda əmanətim olduğumdan, lakin faizlərin alınmasında məhdudiyyət qoyulduğundan mətbuata müraciət etmək qərarın verdim. Həmin bankda olan mənbələrdən aldığım sübutları sizin nəzərinizə çatdırıram.
AR Mərkəzi Bankının "BANKLARA AİDİYYATI OLAN ŞƏXSLƏRLƏ ƏMƏLİYYATLARIN APARILMASI Q A Y D A L A R I”-na əsasən banka aidiyyəti olan şəxslərə verilən kreditlərin ümumi məbləği bankın məcmu kapitalının 3%, aidiyyatı olan şəxslərin birgə kreditlərin məbləği isə 20% artıq olmalı deyil. Lakin Express-Bankda bu tələblərə riayyət edilmir, beləliklə:
Bankın əsas səhmdarları olan şirkət (Azərenerji) tərəfindən enerji sahəsinə Azerenerjinin və ayrı-ayrı şirkətlərin adına ümumillikdə 130 mln. manatdan artıq kredit verilib və həmin məbləğin böyük bir hissəsi geri qaytarılmamışdır, təkcə bankın İH sədri Emin Məmmədovun adına olan kreditlərin cəmi 2-2,5 mln azn təşkil edir, həmin kreditlərin aylıq ödənişi 200 000 AZN təşkil edir, bu isə həmin bankın sədrinin rəsmi aylıq gəlirin 10 mislindən artıqdır. Göstərilən faktlar AR Mərkəzi bankının tələblərinin pozulmasının sübutudur.
Qeyd etmək istərdim ki, bu cür hallar bankların likvidliyin pozulmasına gətirib çıxarır, artıq Express-Bankda müştərilərə əmanətlər üzrə faizlərin ödənilməsində məhdudiyyətlər yaranıb və bu hal müştərilərin narazıçılığına gətirib çıxarır. Bu cür hallar əhalinin bank sisteminə olan etibarını azaldır. Bu günə kimi yuxarıda göstərilən hallar heç bir mətbuat orqanı tərəfindən işiqlandırılmayıb, zəhmət olmasa bu faktları AR Mərkəzi bankından və ya Expressbankda olan mənbələrdən dəqiqləşdirib işiqlandırılmasını sizdən xahiş edirəm”.| Gunxeber.com
Qarşı tərəfin mövqeyini dərcetməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər