BolgeXeber.Com » Ölkə » ATU-nun rektorunun işi prokurorluğa düşdü: 1,5 MİLYON MANATLIQ YEYİNTİ
ATU-nun rektorunun işi prokurorluğa düşdü: 1,5 MİLYON MANATLIQ YEYİNTİ
12-02-2016, 12:30
Oxunub: 3 739
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Akif Süleymanovla bağlı araşdırmalara başladığı xəbəri yayılıb
Bu yaxınlarda Hesablama Palatasının apardığı yoxlama nəticəsində Azərbaycan Texnologiya Universitetində ciddi yeyinti faktı aşkarlanmışdı. Həmin araşdırmalar zamanı məlum olmuşdu ki, universitetdə 1,5 milyon manatlıq yeyinti halları olub.
JAM.AZ Demokratiya.info-ya istinadən xəbər verir ki, Hesablama Palatası ilə anlaşma əldə etməyə çalışan rektor Akif Süleymanovun həmin vaxt bütün cəhdləri nəticəsiz qalıb. Məlumatlı mənbənin bildirdiyinə görə, rektor yoxlamaya xeyli sayda minnətçi salsa da, xeyri olmayıb. Və işlər çığırından çıxmağa başlayıb.
Sayt yazır ki, Akif Süleymanovun rəhbəri olduğu təhsil ocağında aşkarlanmış 1,5 milyon manatlıq yeyinti halıyla bağlı bütün sənədlər və arayış artıq Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib. “Baş İdarə bununla bağlı ilkin araşdırmalara başlayıb və yaxın zamanlarda ATU rəhbərliyini dindirmək üçün çağıracağı deyilir”.
İddialara görə, istintaqa çağrılacaq şəxslər arasında rektor Akif Süleymanov da olacaq. “Onun vəzifəsindən azad olunması ilə yanaşı, həbsinin də mümkün ola biləcəyi deyilir. Güman edilir ki, rektor belə yeyintinin altından çıxacaq gücdə də deyil”.
Qarşı tərəfi dinləməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər