BolgeXeber.Com » Ölkə » “Mədəniyyətimizi təbliğ edək” devizi altında tədbir keçirildi-Hacıqabulda

“Mədəniyyətimizi təbliğ edək” devizi altında tədbir keçirildi-Hacıqabulda

16-02-2016, 19:07
Oxunub: 4 208 “Mədəniyyətimizi təbliğ edək” devizi altında tədbir keçirildi-Hacıqabulda 16.02.2016-cı il tarixindən Hacıqabul rayon Mədəniyyət və Turizim şöbəsinin tədbirlər planına əsasən “Mədəniyyətimizi təbliğ edək” devizi altında Mədəniyyət günlərinə start verildi

İlk tədbir Hacıqabul rayonunun Talış kəndində keçirildi.Talış kənd orta məktəbinin həyətində açıq havada sərgilər hazırlandı.Tarix Diyarşünaslıq muzeyinin eksponatlarının bir qismi, Heydər Əliyev Mərkəzindən Heydər Əliyevin şəkilləri, sənədləri, Mərkəzin Rəsm və Xalça-toxuculuq dərnəyinin üzvlərinin əl işləri, Talış kənd kitabxanasının kitablarının sərgisi hazırlandı.Məktəblilər, kənd əhalisi həvəslə sərgilərə tamaşa etdilər.Tarix Diyarşünaslıq muzeyinin direktoru Məhəmməd İsayev, Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyeva sərgidə nümayiş olunan eksponatlarla bağlı uşaqlara məlumat verdilər.Məktəbin direktoru Mehman Əmraslanov qonaqları salamladı, belə bir tədbirlərin keçirilməsinin uşaqların sevincinə səbəb olmasını vurğuladı.Sonra Mədəniyyət və Turizim şöbəsinin müdiri Elnur Əmrəslanov çıxış etdi.Çıxışlardan sonra Mədəniyyət Mərkəzinin “Nur” instrumental ansamblının ifasında şən mahnılar səsləndirildi, məktəblilər rəqs etdilər.
Bolgexeber.com
“Mədəniyyətimizi təbliğ edək” devizi altında tədbir keçirildi-Hacıqabulda
“Mədəniyyətimizi təbliğ edək” devizi altında tədbir keçirildi-Hacıqabulda