BolgeXeber.Com » Ölkə » Nəsimi rayonunda sakinlər donur - Şikayət

Nəsimi rayonunda sakinlər donur - Şikayət

23-02-2016, 14:31
Oxunub: 4 273 Nəsimi rayonunda sakinlər donur - ŞikayətBakının Nəsimi rayon sakinləri müraciət edib

Şəhərin 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsi, bina 1, blok 1-də yaşayan vətəndaşlar istilik problemindən şikayət edib.

Bina sakinləri - Qasımov Qəhrəman, Hüseynov Ələsgər, Mustafayev Novruz, Rəhimova Leyla və Qəmbərov Rasim prezidentə ünvanladığı məktubda yazıb: "Sizin dəfələrlə "məmurlar əhaliyə xidmət etməlidirlər, vətəndaşlarla mədəni davranmalıdırlar” çağırışlarınıza baxmayaraq, bəzi məmurlar təəssüflər olsun ki, bu tapşırıqları dərk edə bilmirlər.
Cənab prezident, artıq iki aydır ki, yaşadığımız binada bəzi mənzillərə və həmçinin biz yaşadığımız mənzilə istilik verilmir. Bununla əlaqədar Azəristiliyin qaynar xəttinə dəfələrlə zəng etsək də, Nəsimi rayon istilik idarəsinə dəfələrlə müraciət etsək də bu problem həll olunmayıb.
Nəsimi rayon istilik idarəsi problemi həll etmək əvəzinə, normal məmur davranışının əksinə olaraq problemə laqeyd yanaşır, məsuliyyəti boynundan atır və vətəndaşları dinləmək belə istəmir.
Sizdən xahiş edirik, məmur laqeydliyinə son qoyulsun və mənzilimizə istilik verilməsi tezliklə bərpa olunsun. Artıq 2 aydır davamlı müraciət etməmizə baxmayaraq bu günə kimi problemimiz hələ də həll olunmayaraq qalır. Əvvəlcədən minnətdarlığımızı və təşəkkürümüzü bildiririk”.(TİA.AZ)
Bolgexeber.com