BolgeXeber.Com » Ölkə » "Od vurub özümü yandıracam" - "Azenco"dan şikayət

"Od vurub özümü yandıracam" - "Azenco"dan şikayət

24-02-2016, 15:22
Oxunub: 3 889 "Od vurub özümü yandıracam" - "Azenco"dan şikayət“Azərenerji”yə tabe olan “Azenco” ASC-də bu ilin yanvarın 5 -də ixtisara düşən Nicat Hüseynov saytına şikayət məktubu ünvanlayıb

Şikayətçi öz halal pulunu şirkətdən ala bilmədiyini və hazırda işsiz olduğu üçün ağır sosial problemlərlə üz-üzə qaldığını bildirir.

Məktubu oxucularımıza təqdim edirik:

"Salam, hər vaxtınız xeyirli olsun. Həmişə olduğu kimi müstəqil mətbuat bizim hüquqlarımızı qoruyan yeganə ümid yerimizdir. Hansı dövlət orqanına müraciət etsək də, əlacımız yenə sizdə olur.

Mən Hüseynov Nicat Xudaverdi oğlu 2016 cı il yanvarın 5i “AZƏRENERJİ”yə tabe olan “AZENCO” ASC dən işdən çıxarılmışam.İşdən çıxarılmışam dedikdə,diyərləri kimi öz xahişimlə işdən çıxmaq ərizəsi yazmağa məcbur edilmişəm. Belə hazır (şablon) ərizələr tarixi qoyulmamaq şərti ilə hər bir işçiyə imzalatdırılıb.

İki aydır ki, işdən çıxmağıma baxmayaraq mühasibatlıq mənimlə haqq-hesab etmək istəmir. Cavabları da odur ki, pulumuz yoxdur, get nə edirsən et.

İdarənin mənə 3 minə yaxın borcu qalıb. 2015 ci il dekabr ayınin əmək haqqı, tam 13 aylıq ezamiyyə pulum və 7 ilin məzuniyyət pulu mənə verilmir. Ümumiyyətlə, əmək məcəlləsinin aşağıdakı maddələri kobud şəkildə pozulmuşdur; Maddə 69, bənd 7; Maddə135,bənd 1,2; Maddə 144, bənd 2; Maddə 172, bənd 4,5; Maddə 178, bənd 1; Maddə 195, d)

Məni 7 il məzuniyyətsiz işlədib, istismar ediblər. Heç olmasa indi o 7 ilin məzuniyyət pulunu verin. Sosial kartıma da pul tam köçürülməyib. 2013 və 2015-ci illərin pulu qeybə çəkilib. Əlbəttə ki, hüquqlarımı qoruya biləcək bütün dövlət orqanlarına müraciət etmişəm... Yəqin onların daha vacib işləri var.

Hələ ki, iş tapa bilmirəm. Hal hazırda Lənkəranda yaşayıram. Bir az da belə getsə Heydər Əliyev adına mərkəzi parkda özümə od vurub yandıracağam. Xahiş edirəm hüquqlarımın bərpa olunmasında mənə köməklik edəsiniz".
Qaynar.info