170 minlik pul qalmaqalı Hicran Hüseynovanı bitirir
25-02-2016, 10:18
Oxunub: 1 305
170 minlik qalmaqalda ittiham edən, pulu əlindən alınmış şəxs kimi adı keçən Eynur Kərimovun rüşvət qalmaqalının detallarını açıqlaması da H.Hüseynovanın durumunu bir qədər də çıxılmaz edib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova və həmin komitənin sabiq aparat rəhbəri Səfər İmanova qarşı səsləndirilən 170 min dollarlıq rüşvət qalmaqalı haqda hər ötən gün yeni məlumatlar ortaya çıxır. Hazırda məsələ ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılır.
Musavat.com-un məlumatına görə, gələn məlumatlar onu deməyə əsas verir ki, ortaya çıxan qalmaqal H.Hüseynovanın komitə sədri olaraq hakimiyyət komandasından dışlanmasına səbəb olub. Belə ki, fevralın 23-də Azərbaycan prezidenti İlham Əliyevin İrana səfəri zamanı İran prezidenti Həsən Ruhaninin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
İranla Azərbaycan arasındakı mədəniyyət məsələlərini tənzimləyəcək sənədə mədəniyyət naziri Əbülfəs Qarayev, nəqliyyat sahəsi üzrə Cavid Qurbanov, gömrük sahəsi üzrə Aydın Əliyev, iqtisadiyyat sahəsi üzrə Şahin Mustafayev, neft sahəsi üzrə Rövnəq Abdullayev, ailə və uşaq problemləri sahəsi üzrə isə xarici işlər naziri Elmar Məmmədyarov imza atıb. Qəribə deyil?
Axı Elmar Məmmədyarov xarici işlər naziridir. Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, onun sədri olduğu bir vaxtda xarici işlər nazirinin bu sahə üzrə sənədlərə imza atması anlaşılmazdır və bu fakt H.Hüseynovanın vəziyyətinin heç də yaxşı olmadığını söyləməyə əsas verir.
Bundan başqa, 170 minlik qalmaqalda ittiham edən, pulu əlindən alınmış şəxs kimi adı keçən Eynur Kərimovun rüşvət qalmaqalının detallarını açıqlaması da H.Hüseynovanın durumunu bir qədər də çıxılmaz edib.
Bolgexeber.com
Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər