BolgeXeber.Com » Ölkə » Ombudsman: Təhsil Nazirliyi ABU rəhbərliyinin tələbələri aldatmasından xəbərsiz olmayıb
Ombudsman: Təhsil Nazirliyi ABU rəhbərliyinin tələbələri aldatmasından xəbərsiz olmayıb
26-02-2016, 14:47
Oxunub: 960
TQDK-nın açıqladığı statistik məlumatlar təhsilin real vəziyyəti ilə bağlı dərindən düşünməyə və təxirəsalınmaz tədbirlər görməyə əsas verir
“Təhsil hüququ ilə bağlı daxil olmuş 140 müraciət üzrə araşdırmalar aparılıb, hüquq pozuntusu müəyyənləşdiyi halda onların bərpası üzrə tədbirlər görülüb. Bəzi şikayətlərdə vətəndaşlar xarici dövlətlərdə aldıqları ali təhsil haqqında diplomun tanınması məqsədilə Təhsil Nazirliyinə müraciət edərkən aylarla gözləmək məcburiyyətində qaldıqlarını və süründürməçiliklə üzləşdiklərini bildiriblər”.
APA-nın xəbərinə görə, bu barədə Ombudsmanın illik hesabatında deyilib. Hesabatda bildirilib ki, Azərbaycan Beynəlxalq Universitetinin (ABU) ləğv edilməsindən sonra yaranan və indiyədək davam etməkdə olan ciddi problemlərdən biri də oradan məzun olmuş vətəndaşların hələ də ali təhsil haqqında diplom ala bilməməsidir: “Əslində Təhsil Nazirliyi ABU-nun rəhbərliyi tərəfindən tələbələrin aldadılmasından xəbərsiz olmayıb, həmin universitetin ləğv edildiyi vaxta kimi istər TQDK xətti ilə, istərsə də köçürmə qaydasında, yaxud TQDK-dan kənar yolla qəbul edilmiş və məzun olmuş şəxslərə müvafiq qaydada diplom verilib. Bu da aydındır ki, diplom blankları təhsil müəssisələrinə Təhsil Nazirliyi tərəfindən verilir. Müvəkkil qeyd edilənləri nəzərə alaraq, həmin tələbələrə müvafiq ali təhsil haqqında diplomun verilməsi məsələsinə baxılmasını və həll olunmasını məqsədəuyğun hesab edir”.
Hesabatda qeyd olunub ki, orta məktəblərdə keçirilmiş yekun qiymətləndirmənin nəticələrinə dair TQDK-nın açıqladığı statistik məlumatlar təhsilin real vəziyyəti ilə bağlı dərindən düşünməyə və təxirəsalınmaz tədbirlər görməyə əsas verir.
“Uşaq bağçalarında mövcud olan uşaq yerlərinin sayı müvafiq ərazidə, rayonda, şəhərdə yaşayan məktəbəqədər yaşlı uşaqların sayından olduqca azdır” – deyə hesabatda bildirilib.
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 4-02-2021, 13:43 : Talançı oliqarxlar yenidən hədəfdə – Daha kimlərin həbsi real görünür?..
Gündəm
- 5-02-2021, 18:14 : İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM
Gündəm
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 6-02-2021, 17:07 : Abdin Fərzəliyevdə “VURULDU” – icra başçısı vəzifəsinin yox , CANININ HAYIDADIR
Gündəm
- 5-02-2021, 15:20 : Prezident bu qanunu təsdiq etdi
Gündəm
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- 4-02-2021, 13:19 : Prezident yeni yaradılmış agentliyə sədr təyin etdi (SƏRƏNCAM)
Xəbərlər
- 7-02-2021, 10:20 : İmişlidə Qarabağ veteranları və şəhid ailələri icra başçısından nədən şikayətçidir?-VİDEO
Gündəm