BolgeXeber.Com » Ölkə » Azərbaycan çempionatında oyun necə satıldı? - VİDEO

Azərbaycan çempionatında oyun necə satıldı? - VİDEO

27-02-2016, 12:35
Oxunub: 2 455 Azərbaycan çempionatında oyun necə satıldı? - VİDEOFutbol üzrə Azərbaycan çempionatının I divizionunun XV turu çərçivəsində keçirilən "Şərurspor" - "Göyəzən" matçında qələbəyə sevinən tərəf qonaqlar olub. Sport7.az xəbər verir ki, Qazax təmsilçisi Bakıdan 3:0 hesablı qələbə ilə qayıdıb.

Cari mövsümdə ikinci qələbəsini qazanan və xallarının sayını 8-ə yüksəldən "Göyəzən"in səfərdən 3 xalla qayıtması şübhələrə yol açır. Maraqlıdı ki, "Şərurspor"un qapıçısı ilk qolda böyük səhvə yol verir və naxçıvanlılar geriyə düşdükdən sonra hesabı öz xeyirlərinə dəyişmək üçün ciddi səy də göstərmirlər. Məsələ burasındadı ki, matçın 75-ci dəqiqəsində qazaxlılar Cəlil Cəlalzadə qırmızı vərəqə almasından sonra azlıqda qalır. "Şərurspor" isə üstünlükdən yiyələnib hesabda tarazlıq yaratmaq əvəzinə, 90 və 90+1-ci dəqiqələrdə daha iki qol buraxır. Bunu sizə təqdim etdiyimiz videoicmaldan da görmək mümkündü.

"Bayıl Arena"da keçirilən qarşılaşmada meydan sahiblərinin qapıçısı Babək Allahverdiyevin qol buraxmaq üçün hansı oyunlardan çıxdığını anlamaq elə də çətin deyil. Görünür, "Göyəzən"in qələbəsi kimlər üçün daha vacib imiş. Əslində, burda Qazax təmsilçisi ilə bağlı qaranlıq heç nə yoxdu. Bütün şübhələr "Şərurspor"la bağlıdı. Yadınızdadırsa, Bakıda "CBC Sport" kuboku çərçivəsində keçirilən "Şərurspor" - "Neftçala" matçının da danışılmış oyun olduğunu diqqətinizə çatdırmışdıq. Deməli, bu, onların ilk belə çirkli əməli deyil.

Bizdə olan məlumata görə, "Şərurspor"un rəhbərliyi bukmeker kontoru işlədir. Konkret desək, kluba yatırılan pul da məhz bu sahədən gəlir. Elə komandanın yaradılmsına səbəb olan marağı da anlamaq çətin deyil. Xarici bukmeker kontorlarında Azərbaycan birinci divizionunun oyunlarına pul qoyuluşunun qəbul edildiyini nəzərə alsaq, deməli, məqsəd aydındı.

Məsələ ilə bağlı araşdırmalarımız davam edir. Yaxşı olardı ki, AFFA da, Peşəkar Futbol Liqası da məsələ ilə bağlı araşdırmaya start verərdi.